Son Xəbər: Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb, ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib, Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib, Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb, TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb, Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb, İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB, Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib, 600 bal toplayanların ən çoxu I qrupdadır,

Azərbaycanda polis rəisi MƏHKƏMƏYƏ VERİLDİ

Azərbaycanda polis rəisi MƏHKƏMƏYƏ VERİLDİ

Tarix: 1-10-2021, 13:26

Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi, polis kapitanı Vəlimətov Bədirşah Şakir oğlunun məhkəmə prosesi keçiriləcək.

Unikal.org-un əldə etdiyi məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi (İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi - Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) ilə təqsirli bilinir.
İşə Xaçmaz Rayon Məhkəməsində hakim Xıdır Quliyevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, sözügedən xətanı törədən şəxslər nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma ilə cəzalandırılır.

Xatırladaq ki, B.Vəlimətov hazırki vəzifəsinə bir neçə gün öncə təyinat almışdı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR