Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

DYP-dən hava şəraitinin dəyişəcəyi ilə bağlı MÜRACİƏT

DYP-dən hava şəraitinin dəyişəcəyi ilə bağlı MÜRACİƏT

Tarix: 2-10-2021, 13:30

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraitinin dəyişəcəyi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Qrumdan  verilən məlumatda bildirilib ki, oktyabrın 3-ü axşamdan 7-dək ölkə ərazisində, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzən intensivləşəcəyi, ayrı-ayrı yerlərdə küləyin güclənəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti proqnoz verib. Bu da sürücülərin bəzi qaydalara əməl etməsini vacib şərtə çevirir: "Avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini minimuma endirməklə kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevr etməkdən çəkinsinlər və küləyi nəzərə alıb nəqliyyat vasitələrini təhlükəsiz yerlərdə park etsinlər. Yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olması yoxlanılmalıdır.Bununla yanaşı, sürücülərə xatırladırıq ki, yollarda yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların yağış suyu ilə isladılması qeyri-etik hərəkət olmaqla yanaşı onların inzibati məsuliyyətə cəlb edilməsinə əsas verir.

Piyadalar da onların təhlükəsiz və rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən istifadə etməli, avtomobil yollarına çıxmamalıdırlar".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR