Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

İran səfiri Ermənistanı “dost və qardaş ölkə” ADLANDIRDI

İran səfiri Ermənistanı “dost və qardaş ölkə” ADLANDIRDI

Tarix: 5-10-2021, 11:03


İranın İrəvandakı səfiri Abbas Badahşan Zohuri Ermənistanı “dost və qardaş ölkə” adlandırıb.

Bu barədə məlumatı Ermənistanın Təhlükəsizlik Xidmətinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, iranlı səfir bunu Ermənistanın Təhlükəsizlik Xidmətinin katibi Armen Qriqoryan ilə görüşündə deyib.

Bildirilir ki, tərəflər görüş zamanı regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.

Danışıqlar zamanı Qriqoryanla Zohuri İranın Çabahar limanının həm regional, həm də Ermənistan və İran arasında iqtisadi əlaqələr kontekstində, xüsusən də Zəngəzurun inkişafı planı baxımından əhəmiyyətini vurğulayıblar.

İran səfiri vurğulayıb ki, Tehran dost və qardaş Ermənistan ilə əlaqələrin inkişafı üçün yüksək səviyyədə səylər göstərəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR