Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Kollec məzunu olan şəxslər müəllim işləyə bilər? - VİDEO

Kollec məzunu olan şəxslər müəllim işləyə bilər? - VİDEO

Tarix: 6-10-2021, 23:06


Müəllimlərin işə qəbulu ilə bağlı bəzi məsələlər öz həllini tapmaqda çətinlik çəkir. Belə məsələlərdən biri də kollec məzunu olan şəxslərlə bağlıdır. Onlar müsabiqədə lazımı bal yığsalar da təyin olunduqları məktəbdə işləyə bilmirlər. Buna səbəb nədir, əməkdaşlarımız araşdırıb.

Onlar lazımi bal toplasalar da, öz ixtisasları üzrə işləməkdə problem yaşayırlar. Çünki təhsil aldıqları müəssisə kollecdir. Belə gənclərdən biri, Vəsilə Nağıyeva Gəncə regional kollecini peşə təlimi ixtisası üzrə bitirib, müəllimlərin işə qəbulu üzrə imtahan verib, 45 bal toplayıb, İsmayıllının Burovdal kəndinə müəllimə təyin olunsa da müsahibəyə buraxılmayıb.

Vəsilə Nağıyevanın sözlərinə görə peşə məktəblərində cəmi 131 vakansiya var ki, burada da qəbul olma şansı həddindən artıq azdır. Zenfira Həsənova da eyni kollecin məzunudur və eyni problemlə üzləşib:

Təhsil Nazirliyinin rəsmisi isə deyir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin qaydalarına əsasən müsabiqənin test mərhələsində yalnız  ali və orta ixtisas müəssisələrini pedaqoji profil üzrə bitirmiş, dövlət nömrəli sənəd əldə etmiş şəxslər iştirak edə bilər.

Qeyd edək ki, bu məsələ ilə bağlı problemlə üzləşən məzunların sayı kifayət qədərdir və onlar məsələnin həlli üçün Təhsil Nazirliyi tərəfindən müvafiq addımlarlın atılmasını gözləyirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR