Son Xəbər: Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb, ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib, Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib, Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb, TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb, Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb, İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB, Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib, 600 bal toplayanların ən çoxu I qrupdadır,

Gorus-Qafan yolunda vəziyyət necədir?

Gorus-Qafan yolunda vəziyyət necədir?

Tarix: 8-10-2021, 10:14

“Gorus-Qafan yolunda vəziyyətin sakit olduğu müşahidə edilir”.

Mediabiz.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Gorus merinin müavini Karo Koçaryan jurnalistlərə deyib.

Onun sözlərinə görə, sözügedən yolda həyəcan doğuran heç bir hal yoxdur.

“Azərbaycanlılar Gorus-Qafan yolunun onların nəzarətində olan hissəsində inşaat işlərini davam etdirirlər”, - deyə K.Koçaryan qeyd edib.

Qeyd edək ki, son zamanlar İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR