Son Xəbər: Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb, ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib, Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib, Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb, TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb, Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb, İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB, Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib, 600 bal toplayanların ən çoxu I qrupdadır,

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ

Tarix: 8-10-2021, 14:27


"Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktor müavini Elxan Məmmədov 63 yaşında vəfat edib.

Mediabiz.az bu barədə ASK-ya istinadən xəbər verir.

Məlumata görə, E.Məmmədov 12 yanvar 1958-ci ildə Rusiyanın paytaxtı Moskvada anadan olub. O, 1980-ci ildə Moskva Dağ-Mədən İnstitutunu, 1991-ci ildə Moskva Yeyinti Sənayesi İnstitutunu bitirib.

E.Məmmədov 1992-1993-cü illərdə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətində sənaye, nəqliyyat və rabitə sahələri üzrə icra başçısının müavini vəzifəsində çalışıb, müxtəlif vaxtlarda "Birləşmiş Millətlər Təşkilatı”nın Qaçqınlar Üzrə Ali Komissarı, "ADRA”, "CHF International”, "İRC”, "Avropa İttifaqı”, "BMT İnkişaf Agentliyi”, "Avropa Yenidənqurma və İnkişaf Bankı” kimi beynəlxalq təşkilatlarda ekspert kimi fəaliyyət göstərib, "Gəncə-Pivə” ASC-nin İdarə Heyətinin sədr müavini olaraq maliyyə və əməliyyat sahələrinə rəhbərlik edib, 2005-ci ildən "Azərbaycan Bank Tədris Mərkəzi”ndə ekspert, sonra isə Baş Məsləhətçi olaraq maliyyə və risklərin idarəedilməsi sahələri üzrə təlim və məsləhət xidmətli göstərib, "Gilan Agricultural Group”da investisiya və strateji planlaşma üzrə baş analitik kimi çalışıb.

O, 22 dekabr 2017-ci ildə ASK-nın Maliyyə departamentində direktor müavini, bu il aprelin 1-dən isə "Azərpambıq"da direktor müavini vəzifəsinə təyin olunub.

Allah rəhmət eləsin!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR