Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? - Keçmiş nazir açıqladı

Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? - Keçmiş nazir açıqladı

Tarix: 20-01-2020, 11:31

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin araşdırılması ilə bağlı Qarabağ Təşkilat Komitəsi yaradılmışdı.

Oxu.Az-ın məlumatına görə, bu analitik qrupun nəzdində müxtəlif qurumlardan gələn insanlar fəaliyyət göstərirdi – Daxili İşlər Nazirliyi, Nazirlər Kabineti, partiya orqanları və sair.

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov müsahibələrinin birində deyib ki, sonralar orada analitik qrupun yaradılması və onun işinin təmin edilməli olduğu barədə qərara gəlinib.

“Bir sözlə, Mərkəzi Komitənin nəzdində analitik qrup yaradıldı. Bu qrup cavan alimlərdən ibarət idi”, - deyə T.Zülfüqarov müsahibəsində demişdi.

Bu qrupa kompüter proqramı üzərində ictimai elmlərlə məşğul olan mütəxəssisləri cəlb edirdilər ki, xüsusi proqnozlaşdırma proqramı yaradılsın.

Görkəmli alim Rafiq Əliyev də süni intellekt üzrə mütəxəssis kimi burada təmsil olunub.

“Bu proqnozları kompüterin istifadəsi ilə yaratmaq üçün respublikada gedən ictimai-siyasi prosesləri analiz edən insanlar lazım idi”, - deyə T. Zülfüqarov bildirib.

20 Yanvar faciəsinin 30-cu ildönümündə T.Zülfüqarov həmin analitik qrupun fəaliyyəti ilə bağlı daha bir açıqlama ilə çıxış edib.

O bildirib ki, analitik qrup 1989-cu ilin sentyabrında mövcud vəziyyətlə bağlı növbəti proqnozunu hazırlamışdı.

Onun sözlərinə görə, analitik mərkəz proqnozlaşdırırdı ki, erməni əhalinin çox yaşadığı Bakı və Gəncədə etnik iğtişaşlar başlayacaq.

“Yanvarın 20-nə isə hələ 3.5 ay qalırdı…”, - deyə T.Zülfüqarov qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR