Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Ceyhun Bayramov Belqradda görüş keçirdi

Ceyhun Bayramov Belqradda görüş keçirdi

Tarix: 12-10-2021, 18:59


Bu gün Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Kamerun Respublikasının xarici işlər naziri Löjön Mbella Mbella ilə görüşüb.

XİN-dən  verilən məlumata görə, nazir Ceyhun Bayramovu Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirin uğurla keçirilməsi münasibətilə təbrik edən Kamerun xarici işlər naziri, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq əhəmiyyətli təşəbbüslərini və uğurlu fəaliyyətini məmnunluqla qeyd edib.

Görüşdə nazirlər ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıblar, bu xüsusda siyasi məsləhətləşmələrin intensivləşməsinin vacibliyini qeyd ediblər.

Azərbaycan və Kamerun arasında iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf potensialı qeyd edilib.

Görüşdə tərəflər, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.


Ceyhun Bayramov Belqradda görüş keçirdi




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR