Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

Əli Nağıyevlə Orxan Sultanov Moskvada iclasa qatıldı

Əli Nağıyevlə Orxan Sultanov Moskvada iclasa qatıldı

Tarix: 15-10-2021, 12:30


13 oktyabrda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin növbəti iclası keçirilib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov müvafiq nümayəndə heyətləri ilə tədbirdə iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə, iclasda MDB regionunda mövcud olan təhlükəsizlik mühitinə mümkün təhdidlər, xüsusən Əfqanıstan ətrafında yaranmış vəziyyət, onun beynəlxalq terrorçuluqla mübarizəyə təsiri, habelə MDB ölkələrində ictimai-siyasi sabitliyin pozulmasına yönələn və bəzən üçüncü ölkələrin ərazisindən həyata keçirilən pozuculuq fəaliyyətinin qarşısının alınması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular istiqamətində uğurlu nəticələrin əldə olunmasının iştirakçı dövlətlərin birgə səyləri nəticəsində mümkün olduğu xüsusi qeyd edilib. Bildirilib ki, destruktiv qüvvələrə qarşı səmərəli və effektiv mübarizə aparılması, MDB məkanında təhlükəsizliyin qorunub saxlanması, ölkələrin milli maraq və mənafelərinin etibarlı təmin olunması üçün xüsusi xidmət orqanları arasında əməkdaşlıq münasibətləri daha da genişlənməli, mütəmadi analiz və monitorinqlər keçirilməklə faydalı məlumat mübadiləsi işi daim təkmilləşdirilməlidir.

Qeyd olunub ki, bu gün dünyanın bir çox yerlərində silahlı münaqişə ocaqlarının olması, nəzarətsiz ərazilərin mövcudluğu, narkotik qaçaqmalçılığı və terrorçu-ekstremist qruplaşmaların öz fəaliyyətlərini aktiv şəkildə davam etdirməsi əmin-amanlığa ciddi təhdidlər yaratmaqla yanaşı, təhlükəsizlik və kəşfiyyat strukturlarını da yeni çağırışlarla üzbəüz qoyub. Bu səbəbdən də müvafiq orqanlar arasında əlaqələndirilib və sistemli işin daha yüksək səviyyədə təşkil olunmasının, zərurət olduğu təqdirdə pozucu ünsürlərə qarşı birgə əməliyyatların keçirilməsinin vacibliyi vurğulanıb.

Nümayəndə heyətlərinin rəhbərlərini Rusiya Prezidenti Vladimir Putin də videoformatda qəbul edib, müzakirəyə çıxarılan məsələlərlə bağlı öz tövsiyələrini verərək, MDB-yə üzv ölkələrin təhlükəsizliyi əleyhinə olan təhdidlərə qarşı MDB kəşfiyyat xidmətlərinin potensialından istifadə olunmasının önəmini vurğulamış və tədbir iştirakçılarına gələcək işlərində uğurlar arzu edib. 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR