Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Vətən Müharibəsinin 20-ci günü: 16 oktyabrda nələr baş verdi?

Vətən Müharibəsinin 20-ci günü: 16 oktyabrda nələr baş verdi?

Tarix: 16-10-2021, 11:30


16 oktyabr 2020-ci il. Əvvəlki günlərdə olduğu kimi, döyüşlərin bu günü də Ermənistan ordusunun yaşayış məskənlərimizi hədəf seçməsi ilə yadda qaldı.

Cəbhədə müqavimətini itirən, canlı qüvvəsi və texnikası məhv edilən düşmən getdikcə quduzlaşır, daha çox dağıntı və qırğın törətməyə cəhd edirdi.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə məruz qoydu. Həmçinin Ermənistan ordusu işğal olunan Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirdi.

Lakin, xoşbəxtlikdən sakinlərə və mülki obyektlərə zərər dəymədi.

Ordumuz isə cəbhədə düşməni məhv etməyə davam edirdi. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 "Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 Şilka özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edildi. Təxribatçı Ermənistan ordusu isə Gəncə şəhərini növbəti dəfə atəşə məruz qoydu.

16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad etdi. 27 il dən sonra azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı və Mahmudlu sərhəd zastavalarında Dövlət Sərhəd Xidmətinin Qoşunları tərəfindən xidməti-döyüş fəaliyyətinə başlanıldı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR