Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

“Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək

“Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək

Tarix: 18-10-2021, 10:20


Bir neçə gündən sonra Azərbaycan Milli Məclisi Amnistiya verilməsi haqqında qərar layihəsini qəbul edəcək.

Bu barədə hökumətdəki mənbələrdən daxil olan xəbərdə bildirilir.

Məlumata görə, İkinci Qarabağ Müharibəsində qazandığımız  Zəfər Günü münasibəti ilə veriləcək Amnistiya aktı  15 mindən çox məhkumu əhatə edəcək.

Hüquq-mühafizə orqanlarının birgə təhlili nəticəsində hazırlanan layihəyə Cinayət Məcəlləsinin bir çox maddələri daxil edilib.

Məlumata görə, amnistiyaya düşəcək şəxslər arasında Cinayət Məcəlləsinin 139-1 maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) ilə ittiham olunanlar da var.

Bundan başqa oğurluq, ölümlə nəticələnməyən şəxsiyyət əleyhinə cinayətlər, külli miqdarda olmayan dələduzluq və sair əməllərinə görə  məhkum olunanlar da azadlığa çıxa biləcək.

Layihə yaxın günlərdə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinə göndəriləcək.

Layihənin təşəbbüskarının ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu bildirilir.

Gununsesi.info




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR