Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

İlham Əliyev İran-Ermənistan sərhədindəki yeni hərbi hissədə - Fotolar

İlham Əliyev İran-Ermənistan sərhədindəki yeni hərbi hissədə - Fotolar

Tarix: 21-10-2021, 12:43


Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycanın İran və Ermənistanla dövlət sərhədlərinin yaxınlığında yaradılan hərbi hissə kompleksi müasir silah və texniklarla təchiz edilib.

DSX rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verib.

DSX rəisi bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir: "Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirən yeni hərbi hissə kompleksi 15 hektar ərazini əhatə edir. Buraya qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana və digər tikililər daxildir. Kompleksdə hərbi hissənin təyinatına uyğun xidməti-döyüş fəaliyyətinin təşkilinə, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsinə, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılıb".

Dövlət başçısına hərbi hissənin xidməti istifadəsində olan zirehli döyüş maşınları, atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, zenit qurğuları və digər texniki vasitələr təqdim olunub. 44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də torpaqlarımızın işğaldan azad olunmasında, dövlət sərhədinin bərpası kimi çox mühüm və müqəddəs bir missiyanın uğurla həyata keçirilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurub və işğalçıları torpaqlarımızdan qovub.

Qeyd edək ki, oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.
















RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR