Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənəd İMZALANACAQ

Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənəd İMZALANACAQ

Tarix: 23-10-2021, 11:56


Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilir.

Mediabiz.az-ın “Aliq Media”ya istinadən verdiyi xəbərə görə, sənədlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanacaq.

Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını əhatə edir. Sənəd Bakı və İrəvan arasında bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıdıqlarını göstərən SSRİ-nin Müdafiə Nazirliyinin Baş qərargahının 1920-ci il xəritələrinə əsaslanır.

İkinci sənəd regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək. Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR