Son Xəbər: İranda toyda atəş açılıb, üç nəfər ölüb, dörd nəfər yaralanb, Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə araşdırma başlayıb - RƏSMİ, Suriyadan sonra diqqət ora yönəldi - Türkiyə ilə müharibə mesajı verildi, Prezident Şahin Bağırovu ordenlə təltif edib, “Qarabağ” Juninyonun Braziliya klubuna keçidindən 5 milyon avro qazanacaq, Bazar gününün havası açıqlanıb, MSK sədri: Min məntəqədə veb-kameralar quraşdırılacaq, Türkiyənin yeni səfirinin Azərbaycanda vəzifəsinin icrasına nə vaxt başlayacağı məlum olub, Neft yenidən 80 dollara yaxınlaşır, Azərbaycan XİN ABŞ-yə başsağlığı verib,

Bakıda qazilər yolu niyə bağladı? - RƏSMİ AÇIQLAMA

Bakıda qazilər yolu niyə bağladı? - RƏSMİ AÇIQLAMA

Tarix: 26-10-2021, 19:30

Bu gün bir qrup şəxs Bakının Ziya Bünyadov prospektində yolu bağlayaraq “Azərenerji” ASC-nin onlara torpaq sahəsindən çıxmaqla bağlı təzyiqlər göstərdiyini iddia edib.

Bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qeyd edilən ərazi “Azərenerji”nin Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasıdır.: "Nazirlər Kabinetinin 103 saylı, 10.06.2005-ci il tarixli qərarına əsasən Yüksək Gərginlikli hava xəttinin mühafizə zonalarını vətəndaşların zəbt etməsi qanunaziddir və belə pozuntular cinayət məsuliyyətidir. Qeyd edilən ərazidə müxtəlif vaxtlarda bir sıra səbəblərdən dəfələrlə yanğınlar olub, xətlərdə açılmalar baş verib, minlərlə abonent işıqsız qalıb.

Ərazini ötən illərdə bir sıra aidiyyatı qürumların laqeydliyi nəticəsində heç bir hüquqverici sənəd olmadan, qanunsuz olaraq müəyyən şəxslər zəbt edib və bu səbəbdən xətlərdə baş vermiş qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaranıb. Cari ilin sentyabr ayının əvvəllərində xətlərə təxirəsalınmaz texniki xidmətlərin göstərilməsi üçün ərazi qanunsuz ticarət obyektlərindən boşaldılıb.

Lakin bir neçə gün əvvəl özlərini Qarabağ qazisi kimi təqdim edən, əvvəllər tanımadığımız bir neçə şəxs qapalı ərazinin darvazasını sındırıb, əraziyə daxil olaraq boş ərazidə qanunsuz tikinti işlərinə başlayıb. Qanunsuz hərəkətlərinin dayandırılması ilə bağlı əməkdaşlarımızın dəfələrlə etdiyi xahişləri məhəl qoyulmayıb, işlər davam etdirilib.

Qazilərimiz bütün Azərbaycan xalqının dəyərli övladlarıdır. Onları qorumaq, qayğılarına qalmaq hər birimizin borcudur. “Azərenerji”də işləyən və torpaqlarımızın işğaldan azad olunmasında xidməti olan Qarabağ müharibəsi iştirakçıları, qazi və şəhid ailələri heç vaxt diqqətdən kənarda qalmayıb. Biz bu igid övladlarımızın da istəklərinə hömətlə yanaşırıq. Lakin vətən uğrunda sağlamlıqlarını itirmiş bu gəncləri yenidən bilərəkdən öldürücü elektrik xətlərinin altında təhlükə qarşısında qoymağımızın heç bir izahatı ola bilməz.

Tam məsuliyyətlə bildiririk ki, bu şəxslərdən heç birinin həmin əraziyə aidiyyəti, mənsubiyyət sənədi və ya sahibkarlıq fəaliyyətilə məşğul olması üçün icazəsi yoxdur və Yüksək Gərginlikli hava xətlərinin mühafizə zonalarına bu kimi sənədlərin verilməsi qanunaziddir.

Bir daha fəxrimiz olan əziz dəyərli qazilərimizi təmkinli olmağa çağırırıq və imkanlarımız çərçivəsində hər zaman onlara problemlərinin həllində yardımçı olmağa hazır olduğumuzu bildiririk".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR