Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Dövlət büdcəsindən təhsilə 884 milyon manat ayrıldı - Pul hara xərclənməlidir?

Dövlət büdcəsindən təhsilə 884 milyon manat ayrıldı - Pul hara xərclənməlidir?

Tarix: 27-10-2021, 12:41


Gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb.

Ayrılan vəsaitin təhsil sisteminin müxtəlif sahələrinə xərclənəcəyi bildirilib və hər sahə üçün ayrılan məbləğ ayrıca qeyd olunub.

Qeyd edək ki, ötən il 2020-2021-ci il tədris ilinə 3 milyard 277,7 milyon manat vəsait ayrılmışdı. Yəni bu il ayrılan məbləğ ötən ilə müqayisədə daha yüksəkdir.

Maraqlıdır, təhsil sahəsində büdcənin artırılması nəyə xidmət etməlidir? Hansı istiqamətə daha çox vəsait ayırmaq lazım idi?

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Elçin Əfəndi ayrılan vəsaitin müəyyən qisminin distant təhsilə xərclənilməli olduğunu bildirib:

"Qeyd olunan xərclərlə bərabər, ümumilikdə bir milyard manat köhnə məktəblərin yenidən tikilməsi üçün və s. məsələlərə ayrılıb. Bütün bunlarla yanaşı, biz ayrılan vəsaiti distant təhsil üçün xərcləməyi nəzərdə tutmalıyıq. Çünki pandemiya dönəmində distant təhsillə bağlı bir sıra çətinliklərlə üzləşdik. İlk növbədə auditoriyalarda informasiya texnologiya alətləri quraşdırılmalı, imkan varsa, təhsil alan və verən şəxslərin də müasir texnoloji avadanlıqlarla təchizinə şərait yaradılmalıdır”.
 
Təhsil eksperti növbəti tədris ilinin büdcəsindən müəllimlərin əməkhaqqının artırılmasına diqqət yetirilməsinin də zəruriliyini bildirib:

"Bundan əlavə, yaxşı olardı ki, müəllimlərin əməkhaqqına da artım edilsin. Bu, müəllimlərin daha həvəslə çalışmasına şərait yaradar və beləliklə, təhsilin keyfiyyəti əvvəlki dövrlərlə müqayisədə yüksək olar. Eyni zamanda ali təhsil müəssisələrinə hazırlaşan və nəticələri yüksək olan abituriyentlərin təkmilləşdirilməsi üçün də büdcədən pul ayırmaq məqsədəuyğun ola bilər”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR