Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Azərbaycanda peyvənd yaşı 3-ə endirilir? - VACİB AÇIQLAMA

Azərbaycanda peyvənd yaşı 3-ə endirilir? - VACİB AÇIQLAMA

Tarix: 27-10-2021, 17:40


Çinin bir neçə əyalətində 3-11 yaş aralığında uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanılacaq. Məlumata əsasən, uşaqlara ən azı üç həftə ara ilə Çinin "Sinopharm” və "Sinovac” şirkətlərinin istehsal etdiyi vaksinlərin iki dozası vurulacaq. Artıq dünyanın bir sıra ölkələrində də vaksinasiya ilə bağlı yaş həddi endirilib.

Bu baxımdan maraqlıdır, Azərbaycanda da peyvənd yaşı endirilə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim infeksionist Nicat Əzimli qeyd edib ki, vaksinasiyada yaş həddinin endirilməsi anlaşılandır:

"Çünki, elə öz ölkəmizdə son həftələrdə bir neçə uşaqda COVİD-19 etiologiyalı ölümlərin şahidi olduq. Pandemiyanın əvvəlki dövrlərində bu halları müşahidə etmirdik. Lakin sonuncu mutant variantların aşağı yaş qruplarında da ağırlaşmalar törətməsi, hər kəsi düşünməyə vadar edir”.

Müsahibimizin sözlərinə görə, mövcud duruma qarşı iki mübarizə vasitəsi var:

"Biri vaksin, digəri uşaqlarda istifadə oluna biləcək effektiv dərman vasitəsidir. İkinci hazırda yoxdur. Vaksinasiya isə mümkündür. Təbii ki, könüllülük prinsipi qorunaraq, buna şərait yaradılmasında fayda olduğunu düşünürəm”.

Qeyd edək ki, Çində bu günə qədər 12 yaş və ondan yuxarı uşaqların peyvənd olunmasına icazə verilirdi. Azərbaycanda isə hazırda  12-15 yaşlı yeniyetmələrə vaksin vurulur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR