Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Qubadlıda gömrük postu yaradıldı

Qubadlıda gömrük postu yaradıldı

Tarix: 27-10-2021, 18:05


Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı” gömrük postunu yaradıb.

Bunu  müsahibəsində DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı” gömrük postu yaradılıb.

O bildirib ki, həmin ərazidə Əməliyyat-İstintaq Baş İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq Baş idarənin struktur bölmələrinin əməkdaşları mütəmadi olaraq yeni yaradılmış gömrük postuna ezam edilərək müvafiq vəzifələrin həyata keçirilməsi təmin edilməkdədir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun "Report”a müsahibəsinin tam mətni oxuculara sabah təqdim ediləcək.

(report)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR