Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Ağdamın azad olunan ərazisində insan skeletləri tapıldı - Qolları məftillə bağlanıb

Ağdamın azad olunan ərazisində insan skeletləri tapıldı - Qolları məftillə bağlanıb

Tarix: 28-10-2021, 08:47


Ağdam rayonun işğaldan azad olunan ərazilərində insan skeletləri aşkarlanıb.

Mediabiz.az APA TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Uzundərə adalan ərazisində qeydə alınıb. Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlə aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skelet sahiblərinin paltarlı basdırıldığı müəyyən olunub. Hadisə şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

Hadisə yerinə baxış keçirən polis və prokurorluq orqanlarının əməkdaşları hər iki insan sümüyü qalıqlarını ekskumasiya edərək aidiyyatı üzrə tibbi ekspertizaya göndərib. Skeletlərin yaşı və kimliyi məhz araşdırma başa çatdıqdan sonra məlum olacaq.

Qeyd edək ki, Ağdam şəhəri və yeddi km yaxınlığındakı Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub. Bu ərazilər 27 il Ermənistan silahlı qüvvələrinin nəzarətində olub. Bu da o deməkdir ki, bu skeletlər girov düşmüş vətəndaşlara aid ola bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR