Son Xəbər: Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür, Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK,

Bakı metrosunda tarixin ən ölümcül qatar fəlakətindən 26 il ötür

Bakı metrosunda tarixin ən ölümcül qatar fəlakətindən 26 il ötür

Tarix: 28-10-2021, 13:27


Bu gün 1995-ci ilin 28 oktyabrında Bakı metrosunun "Ulduz" və "Nərimanov" stansiyalarında baş verən yanğından 26 il ötür.

Faciədə 28-i uşaq olmaqla 289 nəfər həlak olub, 270 nəfər yaralanıb.

Yanğının səbəbi elektrik nasazlığını hesab olunsa da, bunun terror olduğu da istisna edilmir. Lakin məsələni uzun müddət araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb.

Qeyd edək ki, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Buna görə də o, "Ginnesin rekordlar kitabı"nda "birincilik" qazandı.

Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Azərbaycan Respublikasının 3-cü prezidenti mərhum Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edilmiş, qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə 1 milyon manatlıq yardım verilməsi təmin olunmuşdu.

Hadisənin gözləri qarşısında baş verdiyini deyən stansiya rəisi Şaiq Heydərov hələ də metroya düşəndə gözünün özündə meyitlər görünür:

"1995-ci ilin bu günü axşam saatları idi. Təxminən saat 5-6 olardı. 27-ci marşrut idi, gəldi, stansiyanın ikinci yolunda dayandı. Sərnişinləri götürdü və tunelə təxminən 100 metr girəndən sonra partlayış səsi eşidildi, ardınca alışma başladı, yanğın oldu. Partlayışdan sonra artıq stansiyada aləm bir-birinə qarışmışdı.

Ölən və yaralı o qədər idi ki… Vaqonlarda qalan digər sərnişinləri Nərimanov rayon Polis İdarəsinin işçiləri gəlib çıxardılar. Yanğın baş verdiyindən qatı tüstü var idi. Mən özüm hadisə zamanı zəhərlənmişdim. Hadisədən sonra psixoloji sarsıntı yaşadım. 6 ay müalicə almışam. Hadisənin əsas şahidi bu gün bircə mənəm. Hadisəni bu gün də olduğu kimi xatırlayıram. İndi də tunelə düşəndə hər küncdə yatan meyitlər gəlir gözümün önünə".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR