Son Xəbər: Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür, Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK,

“Məleykə Abbaszadəni başa düşə bilmirəm...” – DİM sədrinin açıqlaması etiraz doğurdu

“Məleykə Abbaszadəni başa düşə bilmirəm...” – DİM sədrinin açıqlaması etiraz doğurdu

Tarix: 28-10-2021, 16:27


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə özəl kursları tənqid edib. DİM sədri özəl kursların abituriyentlər üçün təşkil etdiyi sınaq imtahnlarında toplanılan yüksək ballların qəbul nəticələrinə adekvat olmadığını qeyd edib.

Maraqlıdır, özəl kursların kurs və tədris metodu DİM-in standarlarına cavab verirmi? DİM sədrinin bu səpkidə açıqlaması özəl kurslara olan güvəni sarsıda bilər?

Mövzu ilə bağlı  danışan təhsil eksperti Elvin Bədirov özəl kursların sınaq imtahanlarından əldə olunan nəticələrin yüksək olmasının səbəblərini açıqlayıb:

"Başa düşə bilmirəm ki, Dövlət İmtahan Mərkəzinin sədri bu məsləyə münasibət bildirməyə nədən ehtiyac duyur? Təbiidir ki, özəl kursların nəticələri ilə DİM-in keçirdiyi imtahan nəticələri üst-üstə düşməyə bilər. Bu da müəssisələrin keçirdiyi sınaq imtahanların mövzular üzrə olmasından qaynaqlanır. Yəni özəl kurslar son ayda tədris olunmuş dərslər üzrə test tapşırıqları təqdim edir. Bu imtahan nəticəsi də şagirdin tam göstəricisi demək deyil. Yəni abituriyent özəl kursların bu cür sınaqlarında 400 mümkün baldan 350 bal toplaya bilər. Lakin DİM sınaq imtahanında bu rəqəmin 280 bal olması kimi halları da müşahidə edə bilərik. Təcrübə göstərir ki, özəl kursların sınaq imtahanlarında yüksək nəticə göstərən abituriyentlər ali təhsil müəssisələrinə qəbul imtahanında da yüksək nəticə göstərirlər”.

Ekspert DİM-in təşkil etdiyi sınaq imtahnlarının nəticələrinin də qəbul imtahanı ilə uzlaşmadığına diqqət çəkib:

"DİM son iki il ərzində sınaq imtahanları keçirə bilməsə də, bundan əvvəlki illərdə bu cür sınaq imtahanları keçirirdi. Həmin imtahanların da nəticələri eynilə DİM-in qəbul imtahanı nəticələri ilə fərqlənirdi. Məsələn, elə hal da olub ki,  may ayında 700 mümkün baldan 400-500 bal toplayan şagird qəbul imtahanında daha yüksək toplayıb. Ona görə bu məsələlər bir-birini tamamlamaya bilməz. Özəl kursların keçirdiyi sınaq imtahanları bu səpkidə olan boşluğu doldura bilir və abituriyentlər üçün faydalıdır.

Məlum olduğu kimi, iki il ərzində 10-11-ci sinif şagirdləri ənənəvi tədrisdən uzaq qaldılar. Lakin qəbul nəticələri demək olar ki, ötən illərlə müqayisədə eynilik təşkil edirdi. Bu da o deməkdir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri əsas etibarilə özəl kursların və repititorların zəhmətinin nəticəsidir. Bir qrupun əməyini yerə vurmaq olmaz”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR