Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

Tarif Şurasının qərarına görə kommunala neçə manat artıq ödəniş etməli olacağıq? – HESAB

Tarif Şurasının qərarına görə kommunala neçə manat artıq ödəniş etməli olacağıq? – HESAB

Tarix: 29-10-2021, 14:41


Tarif Şurasının son qərarı ilə elektrik enerjisinin və təbii qazın pərakəndə satış qiymətlərinin artırılması əhalinin cəmi xərclərində kommunal və yanacaq xərclərinin payını bir qədər də artıracaq.

Mediabiz.az xatırladır ki, son bir neçə ildə su, işıq, qaz və digər yanacaq növlərinin bahalaşması əhalinin bu istiqamətdə olan xərclərinin artımı ilə nəticələnib.

Ev təsərrüfatlarının tədqiqatı ilə bağlı açıqlanan rəsmi məlumatlara görə, son bahalaşmaya qədər ailələrdə adambaşına kommunal və yanacaq xərcləri 25,2 manata yüksəlmişdi. 2014-cü ildə bu istiqamət üzrə çəkilən xərclər 17,2 manat idi. Müqayisə göstərir ki, son 7 ildə xərclər 46,5 faiz artıb.

Bu dövrdə ev təsərrüfatlarının adambaşına düşən xərcləri 235 manatdan 291 manata qədər yüksəlib. Xərclərdəki artım 24 faiz olub. Buradan göründüyü kimi, kommunal və yanacaq xərclərinin ümumi xərclərə nisbətən sürətlə artması kommunal xərclərə ayrılan pulun payını artırıb. 2014-cü ildə cəmi xərclərin 7,36 faizi kommunal və yanacaq xərclərindən ibarət olduğu halda, bu xərclər 2021-ci ilin iyulun 1-nə olan məlumata əsasən 8,37 faizə yüksəlib.

Böyük ehtimalla Tarif Şurasının son qərarının ardından əhalinin kommunal və yanacaq xərclərinin xüsusi çəkisi bir qədər də artaraq ümumi xərlcərin 9 faizini təşkil edəcək. Adambaşına xərclər mütləq ifadədə 27 manata çatacaq. Başqa sözlə, ev təsərrüfatlarında bir ayda xərclənən hər 100 manatın 9 manatı kommunal xidmətlərin və yanacağın alınmasına sərf olunacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR