Son Xəbər: Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb, ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib, Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib, Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb, TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb, Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb, İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB, Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib, 600 bal toplayanların ən çoxu I qrupdadır,

Kartof və soğan kəskin BAHALAŞACAQ

Kartof və soğan kəskin BAHALAŞACAQ

Tarix: 29-10-2021, 17:02


Bu ilin sentyabrında tərəvəzlərdə ümumi qiymət artımı 42,2 faizə yüksəlib. Sentyabrda qiymət artımı avqustla müqayisədə daha böyük olub. İki ay əvvəl tərəvəzlərdə qiymət artımı 29,1 faiz idi.

Mediabiz.az rəsmi məlumatlara istinadən bildirir ki, tərəvəzlərdə bahalaşma sürətinin güclənməsi may ayından müşahidə edilir. İllik bahalaşma apreldə 1,2 faiz olduğu halda, mayda 5,8 faizə, iyunda 13 faizə, iyulda 20,7 faizə çatıb.

Bəs, hansı tərəvəz məhsullarında qiymətlər daha çox artıb?

Bu ilin sentyabrında ötən ilin sentyabrı ilə müqayisədə istixanada yetişdirilən xiyar istisna olmaqla bütün tərəvəz məhsulları bahalaşıb.

Əsas tərəvəz məhsullarından daha çox bahalaşma ağ kələmdə qeydə alınıb. 2020-ci ilin sentyabrında bir kiloqramı orta hesabla 43 qəpiyə satılan ağ kələm bu ilin sentyabrında 81 qəpiyə alıcı tapıb. Ağ kələmin qiyməti 89 faizdən çox yüksəlib.

Açıq məkanda yetişdirilən xiyarın dəyəri 72 faiz artaraq 1,04 manata çatıb. Ötən ilin sentyabrında xiyarın bir kilosu 61 qəpiyə satılırdı.

Pomidorun dəyərində artım 67,4 faiz olub. Əsas tərəvəz məhsullarından olan pomidorun qiyməti bir il ərzində 86 qəpikdən 1,43 manata qədər artıb.
Digər əsas tərəvəz məhsullarından badımcanın qiyməti 81 qəpikdən 1,31 manata (62 faiz bahalaşma), göy lobyanın qiyməti 1,16 manatdan 2,32 manata (99,5 faiz), yerkökünün qiyməti 93 qəpikdən 1,21 manata (30,5 faiz), kartofun dəyəri 71 qəpikdən 80 qəpiyə (12,4 faiz), baş soğanın qiyməti 46 qəpikdən 57 qəpiyə (22,3 faiz) yüksəlib.

Tərəvəzlərin qiymətində oktyabr və dekabr aylarında da yüksək artım ola bilər. Çünki əsas tərəvəz məhsullarından kartof və baş soğanın qiymətində artım sürətinin son aylarda güclənmə ehtimalı böyükdür.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR