Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

İsrail silahlarını ən çox bu ölkələr alır - Azərbaycan ikincidir

İsrail silahlarını ən çox bu ölkələr alır - Azərbaycan ikincidir

Tarix: 1-11-2021, 08:15


Hindistan İsrail silahlarının əsas alıcısına çevrilir.

Bu barədə "The Jerusalem Post" yazıb. Məlumata görə, iki ölkə müdafiə sahəsində əməkdaşlığın yeni sahələrini müəyyən etmək üçün 10 illik əməkdaşlıq planı hazırlayacaq işçi qrupu yaratmaq barədə razılığa gəlib.

Son bir neçə il ərzində İsrail Hindistanı müxtəlif silah sistemləri, raketlər və pilotsuz uçuş aparatları ilə təchiz edib ki, bu da Hindistanı İsrailin hərbi texnikasının ən böyük alıcılarından birinə çevirib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2020-ci il hesabatında qeyd olunub ki, İsrailin son dörd ildə silah ixracı indiyə qədərki ən yüksək göstərici olub və qlobal həcmin üç faizini təşkil edib.

İsrail dövləti dünyanın səkkizinci ən böyük silah tədarükçüsü olub.

Hesabata görə, İsrail silahlarının ən böyük üç alıcısı Hindistan (ümumi 45%), Azərbaycan (17%) və Vyetnamdır (8,5%). Hindistana silah satışı ardıcıl olaraq ildə 1 milyard dolları keçir.

Qeyd edək ki, sentyabr ayında Hindistan Çinlə davam edən sərhəd münaqişələri fonunda ölkənin ordusunu modernləşdirmək planlarının bir hissəsi olaraq “İsrail Aerospace Industries”dən təxminən 200 milyon dollara dörd Heron MK II aldı. Hindistan Hərbi Hava Qüvvələri artıq İsrail istehsalı olan 180-dən çox PUA-dan istifadə edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR