Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

Avtomobil rüsumları yeni qaydada alınacaq - Hansı maşına görə nə qədər ödənməlidir?

Avtomobil rüsumları yeni qaydada alınacaq - Hansı maşına görə nə qədər ödənməlidir?

Tarix: 1-11-2021, 12:09


Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi ilə bağlı rüsumların məbləği gələcəkdə Nazirlər Kabinetinin qərarı ilə yox, "Dövlət rüsumu haqqında” Qanunla tənzimlənəcək.

Minik avtomobillərinin özgəninkiləşdirilməsi ilə bağlı rüsum və qaydalar Nazirlər Kabinetinin 2018-ci ilin iyulun 31-də qəbul etdiyi qərarla tənzimlənir. "Dövlət rüsumu haqqında” Qanuna təklif edilən əlavə və dəyişiklik layihəsi qəbul ediləndən sonra həmin qərarda olan qaydalar qanunda öz əksini tapacaq.

Nazirlər Kabinetinin qərarına əsasən minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

Minik avtomobilinin mühərrikinin həcmi:

2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat,

3000 kubsantimetrədək olduqda 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat, 4000 kubsantimetrədək olduqda 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat,

5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat, 5000 kubsantimetrdən çox olduqda 1500 manat rüsum ödənilir.

Rüsumun məbləğinə avtomobilin istehsal tarixinə görə əmsal da tətbiq edilir. Əmsal, minik avtomobilinin istehsal tarixi 4 ilədək olduqda 1, istehsal tarixi 4 ildən 10 ilədək olduqda 0,8, istehsal tarixi 10 ildən çox olduqda 0,3-dür.

Məsələn, mühərrik həcmi 2000 kubsantimetr, istehsal tarixi isə 12 olan avtomobilin sahibi qeydiyyat zamanı 200 manat yox, 60 manat (200*0,3) ödəyir.
Hazırda mövcud olan və Nazirlər Kabinetinin qərarı ilə təmzimlənən bu qayda və rüsumlar 2022-ci ildən "Dövlət rüsumu haqqında” Qanunla eyni şəkildə əksini tapacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR