Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Mediasiya Şurası Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası ilə birgə mediatorların maarifləndirilməsi işlərini davam etdirir

Mediasiya Şurası Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası ilə birgə mediatorların maarifləndirilməsi işlərini davam etdirir

Tarix: 4-11-2021, 19:12


Mediasiya Şurası, Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası mediasiya praktikasındakı meydana çıxan problemlərin həlli və mediasiya proseslərində vətəndaş məmnunluğunun artırılması məqsədilə mediatorlarla silsilə görüşlər və maarifləndirmə işlərini davam edir.

Mediasiya Şurası, Ədliyyə Akademiyası və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə növbəti həftənin hər günü baş tutacaq görüşlərdə Mediasiya Şurasının İntizam Komissiyasının sədri Sima Yaqubova, Mediasiya Şurasının Ümumi Yığıncağının 22.10.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İntizam icraatının həyata keçirilməsi Qaydaları” ilə bağlı mediator, təlimçi-vəkil, 20 saylı Vəkil Bürosunun rəhbəri İlhamə Həsənova, “Mediasiya: real keyslər üzrərində mediator peşəsinin çətinliklərinin müzakirəsi”, Mediasiya Şurasının İntizam Komissiyasının üzvü Mayıl Əhməd “Mediatorun İntizam məsuliyyətinə səbəb ola biləcək kargüzarlıq qaydaları pozuntuları və onların aradan qaldırılması”, psixi sağlamlıq və psixoloji problemlərin həlli üzrə həkim-psixiatr, Azərbaycanda stres idarəetməsi (stress management) üzrə aparıcı ekspert Həlimə Qəmərlinskaya “Stresin idarə edilməsi” mövzusu üzrə, “ABAK-Az Crowe LTD”nin İdarəedici Partnyoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru, auditor, qiymətləndirici Zamin Hüseynov “Mediatorların maliyyə hesabatlılığı və maliyyə şəffaflığının təmin edilməsi” üzrə çıxış edəcəklər.

“ZOOM” platforması üzərindən keçiriləcək görüşlərin dəqiq qrafikini təqdim edirik.

8 noyabr 2021-ci il, saat 19:00
Mövzu: Mediasiya Şurasının Ümumi Yığıncağının 22.10.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İntizam icraatının həyata keçirilməsi Qaydaları”
Ekspert: Sima Yaqubova
Mediasiya Şurasının İntizam Komissiyasının Sədri

9 noyabr 2021-ci il, saat 19:00
Mövzu: “Stresin idarə edilməsi”
Ekspert: Həlimə Qəmərlinskaya
Psixi sağlamlıq və psixoloji problemlərin həlli üzrə həkim-psixiatr, Azərbaycanda stres idarəetməsi (stress management) üzrə aparıcı ekspert

10 noyabr 2021-ci il, saat 19:00
Mövzu: “Mediasiya: real keyslər üzərində mediator peşəsinin çətinlikləri”
Ekspert: İlhamə Həsənova
Mediator, təlimçi-vəkil, 20 saylı Vəkil Bürosunun rəhbəri

11 noyabr 2021-ci il, saat 19:00
Mövzu: “Mediatorların maliyyə hesabatlılığı və maliyyə şəffaflığının təmin edilməsi”
Ekspert: Zamin Hüseynov
“ABAK-Az Crowe LTD”nin İdarəedici Partnyoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru, auditor, qiymətləndirici

12 noyabr 2021-ci il, saat 19:00
Mövzu: “Mediatorun İntizam məsuliyyətinə səbəb ola biləcək kargüzarlıq qaydaları pozuntuları və onların aradan qaldırılması”
Ekspert: Mayıl Əhməd
Mediasiya Şurasının İntizam Komissiyasının üzvü




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR