Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

"İƏT PA Azərbaycanın atdığı addımları alqışlayır" - Baş katib

"İƏT PA Azərbaycanın atdığı addımları alqışlayır" - Baş katib

Tarix: 4-11-2021, 20:05


Vətən müharibəsində Azərbaycan xalqının qazandığı möhtəşəm Qələbənin birinci ildönümü münasibətilə xarici ölkələrin dövlət rəsmilərindən, parlament təmsilçilərindən, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərindən Milli Məclisin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org -a bildiriblər ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanladığı məktubda Azərbaycan parlamentinin sədrini Ermənistanla 30 illik münaqişədə qazandığımız Qələbə münasibətilə təbrik etməkdən məmnunluq duyduğunu vurğulayıb.

Baş katib təbrik məktubunda qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament Assambleyası artıq tarixə qovuşmuş həmin münaqişədə daim Azərbaycanın yanında olub, konfranslarında onun haqlı mövqeyini dəstəkləyən bəyanatlar verib. Vurğulayıb ki, ölkəmizin haqlı mövqeyini dəstəkləyən BMT Təhlükəsizlik Şurası da həmin münaqişə ilə bağlı qətnamələr qəbul edərək Ermənistanı özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa çağırıb.

Muhammed Xurayçi Niyas bölgədə sülhün bərqərar olması istiqamətində Azərbaycan tərəfindən atılan addımları alqışladıqlarını bildirib. Uca Allahdan Azərbaycanda sülhün və sabitliyin hökm sürməsini, xalqımızın bolluq və firavanlıq içində yaşamasını dilədiklərini vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR