Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

İlham Əliyev və Şavkat Mirziyoyev telefonla danışdı

İlham Əliyev və Şavkat Mirziyoyev telefonla danışdı

Tarix: 5-11-2021, 17:15


Noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Bu barədə  Özbəkistan Prezidentinin rəsmi saytına istinadən xəbər verir.

Söhbət zamanı ölkə başçısı İlham Əliyev prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə Şavkat Mirziyoyevi təbrik edib, Özbəkistan xalqının əmin-amanlığı və rifahı işində ona uğurlar arzu edib.

Öz növbəsində, Özbəkistan lideri qardaş Azərbaycanın rəhbərini və xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edərək, sülh və tərəqqi arzularını ifadə edib.

Söhbət zamanı Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinin və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin aktual məsələləri müzakirə edilib.

Mətbuat xidmətinin məlumatına görə, ölkə başçıları qarşılıqlı ticarət göstəricilərinin davamlı artımından və iqtisadiyyatın müxtəlif sahələri üzrə icra edilən birgə layihələrin sayından məmnunluqlarını ifadə ediblər.

Əməkdaşlığın uğurlu nümunələri qismində bu il Hacıqabul şəhərində avtomobil istehsalına başlanması, kənd təsərrüfatı və ipəkçilik sahələri üzrə həyata keçirilən layihələr xatırlanıb.

Gələn il Bakıda Özbəkistanın milli sənaye sərgisi keçiriləcək. Hazırda Hökumətlərarası Komissiyanın və İşgüzar Şuranın iclaslarının hazırlıq işləri görülür.

Həmçinin nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı əməkdaşlıq, xüsusilə də paytaxtlar arasında aviaəlaqənin bərpası məsələləri müzakirə olunub.

Ölkə başçıları həmçinin regional əməkdaşlığın ən vacib məsələləri, o cümlədən Türk Şurasının qarşıdan gələn zirvə görüşünün gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR