Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olundu

Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olundu

Tarix: 5-11-2021, 22:10

General-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.

Bu barədə müvafiq əmri Milli Məclisin sədri Sahibə Qafarova imzalayıb.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra  "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabrda Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.

Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edən qazi Abbas Yusifov da Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.

Qeyd edək ki, Abbas Yusifov Vətən müharibəsinin ilk gümlərindən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qoşulub və şücaət göstərib. O, döyüşlər zamanı düşmənin basdırdığı minaya düşərək sol ayağını itirib.
Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olundu




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR