Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

“Əməliyyatın ilk günü tam əmin idim ki, Şuşanı təmizləyəcəyik” - Hikmət Mirzəyev

“Əməliyyatın ilk günü tam əmin idim ki, Şuşanı təmizləyəcəyik” - Hikmət Mirzəyev

Tarix: 5-11-2021, 22:20


Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin təqdimatı keçirilib.

Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev də filmdə duyğularını bölüşüb:

“Əməliyyatda mənim tərəfimdən bəzi xüsusi tələblər qoyulmuşdu. İçimizdə daima o hiss oldu ki, biz Şuşanı azad edəcəyik. O inam bizdə vardı. Mən hətta bir çox rəhbər heyətə də əməliyyatların başlanması anından bir neçə saat sonra məruzə etmişəm ki, hansı vaxtda oranı alacağıq.

Hadrut və Füzulini aldıqdan sonra gecə-gündüz yerdən və havadan Şuşanın kəşfiyyatını apardıq. Əməliyyatın ilk günü mən tam əmin idim ki, Şuşanı təmizləyəcəyik. Bununla bağlı Müdafiə Nazirliyində bir neçə nəfərə demişdim.

Vətən Müharibəsində xüsusi təyinatlıların həlledici rolu və tarixə keçəcək əfsanəvi şücaəti danılmazdır. Bizim şəxsi heyətimiz bütün risklərə hazır idi və bunu göz önünə alaraq düşmənin edə bilməyəcəyi şeyləri bizimkilər həyata keçirə bildilər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR