Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

"Bunun arxasında məmurlar durur və "üç müşketyor" qanunu ilə işləyirlər" - AKTUAL

"Bunun arxasında məmurlar durur və "üç müşketyor" qanunu ilə işləyirlər" - AKTUAL

Tarix: 10-11-2021, 08:58


"Azərbaycanda satılan dizel yanacağının keyfiyyəti nəinki Avropa ilə, Ukrayna, Rusiya, Qazaxıstan və s. ölkələrlə müqayisədə çox aşağıdır. Biz bu dizeli yeni avtomobilə tökən zaman, mühərrikdə dəhşətli səsin əmələ gəldiyinə şahid oluruq. Çox uzağa getməyək, Türkiyədə istismarda olan avtomobillərin 80 faizi dizellə çalışır. Amma bu səsin şahidi olmuruq. Burada keyfiyyət faktoru böyük önəm daşıyır" - Bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı danışıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu gün Azərbaycanda sadəcə, yanacağın keyfiyyətsizliyi deyil, eyni zamanda yanacaqdoldurma məntəqələrinin də istehlakçıları aldatması problemlərinə rast gəlinir.

Ekspert qeyd edib ki, yanacağın keyfiyyətsziliyi və avtomobilin bu səbəbdən sıradan çıxması ilə bağlı quruma müraciətlər daxil olur. Ölkədə müstəqil ekspertizanın olmadığı bir şəraitdə belə məsələlərin sübut olunması çox çətindir.

"Çox təəssüf olsun ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də fəaliyyəti bu istiqamətdə ürəkaçan deyil. Hələ bir dəfə də olsun, bu sahədə istehlakçının tam hüququnu qorumağa nail ola bilməmişik. Ekspertiza məsələləri, dövlət orqanlarının əlində cəmləşdiyindən müstəqil ekspertiza yoxdur. Müstəqil ekspertizalar olsa belə, onların nəticələri məhkəmələrdə hüquqi sənəd kimi qəbul olunmur",- deyə ekspert bildirib. Onun sözlərinə görə, birliyə bir çox istehlakçılar müraciət zamanı bildirib ki, onlar xaricdən yeni avtomobillər gətirməsinə baxmayaraq, bir müddət sonra yanacağa görə mühərriklər sıradan çıxıb.

E.Hüseynov, bu məsələ ilə bağı bir çox servislərlə müzakirələr aparıb. O, deyir ki, servislər bu məsələyə fikir bildirməyə cəsarət tapa bilmir.

"Bu məsələ ilə birbaşa biznes qurumları məşğul olur. Biznes qurumlarının arxasında isə dövlət məmurları durur. Bu qurumlar "üç müşketyor" qanunu ilə işləyir. Heç kim bir-birinin bazarına toxunmur. "Birimiz hamımız, hamımız birimiz üçün" prinsipi ilə işləyirlər. Sonda isə istehlakçılar aldanır. Bəzi servislərdə benzinin oktanını müəyyən etmək üçün cihaz var. Mən dəfələrlə bu cihazdan almaq istəsəm də, heç kim cəsarət edib sata və ya verə bilmir",- deyən E.Hüseynov qeyd edir ki, Azərbaycanda yanacağın keyfiyyətsiz olması, servis mərkəzlərini zərərə salır.

E.Hüseynov istehlakçılara müraciət edərək, yanacaqla bağlı şikayətləri və müraciətləri dilə gətirmələrini tövsiyə edib. Onun sözlərinə görə, bu vəziyyəti düzəltmək mümkündür.

"Servis mərkəzləri vətəndaşlardan bu problemi gizlədirlər. Mən xarici ölkələrdə dizellə çalışan avtomobillərdə çox olmuşam. Və qətiyyən avtomobilin dizel və yaxud benzin mühərriki olduğu hiss olunmur. Azərbaycanda bu çox asanlıqla mühərrikin səsindən hiss olunur. Bu da onu göstərir ki, dizeldə problem var. Baxmayaraq ki, dizellə benzinin qiymətləri bir-birinə yaxındır, bəzi yanacaqdoldurma məntəqələrində dizelin premium benzinə qarışdırılması istisna edilmir",- deyə ekspert bildirib.

Ölkədə hər sahədə ictimai nəzarətə ehtiyac var. Bu gün istehlakçılar və servis mərkəzləri bu məsələ ilə bağlı səsini çıxarmadığı üçün biznes qurumları bundan sui-istifadə edir. Nəticədə isə, istehlakçılar aldadılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR