Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Nazirlikdən həbs edilən sabiq icra başçısı ilə bağlı AÇIQLAMA

Nazirlikdən həbs edilən sabiq icra başçısı ilə bağlı AÇIQLAMA

Tarix: 10-11-2021, 21:19

Bəzi kütləvi informasiya vasitələrində vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı Mahir Quliyevin vəkilinə istinadən onun sağlıq durumunun ağır olması ilə bağlı məlumatlar yayılır.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Unikal.org-a bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil:

“Belə ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı M.Quliyev iki ay əvvəl koronavirusa yoluxub. O, hipertoniya, diabet, qaraciyərin xroniki ağır infeksion xəstəliyi, kəskin ürək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkdiyindən təhlükəli risk qrupuna daxil olduğu üçün koronavirusa qarşı ölkəmizdə ən ixtisaslaşmış tibb ocaqlarından olan Dövlət Gömrük Komitəsinin Hospitalına yerləşdirilib və orada iki ay müddətində, o cümlədən süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunub. M.Quliyev bir həftə öncə reanimasiyadan çıxarılaraq palataya köçürülüb.

Bildirirəm ki, virusdan tam sağalmış M.Quliyevin ümumi reabilitasiya tədbirləri üçün mülki sektorda adi bərpaedici müalicəyə cəlb olunub.

Onun səhhətinin ağır olması barədə yayılan xəbərlər doğru deyil".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR