Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Qusarda qarın hündürlüyü 9 sm-ə çatıb - FAKTİKİ HAVA

Qusarda qarın hündürlüyü 9 sm-ə çatıb - FAKTİKİ HAVA

Tarix: 11-11-2021, 11:36

Noyabrın 11-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 17.0 mm, Əyriçay-Başdaşağıl (Oğuz) 15.0 mm, Sarıbaşda (Qax)12.0 mm, Kişçayda (Şəki) 11.0 mm, Qusarda 10.0 mm, Gədəbəydə 9.0 mm, Kürdəmir, Oğuz, Şəkidə 7.0 mm, Quba, Qrızda 6.0 mm, Daşkəsən, İmişlidə 5.0 mm, Şahdağ, Lerik, Beyləqan, Xaltanda 3.0 mm, Göygöl, Ağdam, Qobustan, Zaqatalada 2.0 mm, Naftalan, Şəmkir, Altıağac, Göyçay, Sabirabad, Cəfərxan, Şabran, Balakəndə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qusarda 9 sm, Qrızda 8 sm, Sarıbaş (Qax), Xınalıqda 3 sm, Şahdağda 2 sm, Xaltanda 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Tovuzda 22 m/s, Nabran, Neftçala, Xaçmaz, Salyan, Tərtər, Bərdə, Ağdam, Ağstafada 20 m/s, Altıağac, Astara, Ceyrançöldə 18 m/s, Şabranda 16 m/s, Ordubad, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 33 m/s, Çilov adasında 31 m/s, Pirallahıda 30 m/s, Neft Daşlarında 29 m/s, Ələt, Binədə 28 m/s, Sumqayıtda 24 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.7 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7-9° isti, aran rayonlarında 7-10° isti, dağlıq rayonlarda 2-8° şaxta, Naxçıvan MR-da 1-7° isti olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR