Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Mikayıl Cabbarov Zəngəzur dəhlizindən DANIŞDI

Mikayıl Cabbarov Zəngəzur dəhlizindən DANIŞDI

Tarix: 11-11-2021, 13:40



"Ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib. Haqq savaşımızda qardaş Türkiyə və onun daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycana böyük siyasi - mənəvi dəstək göstərib".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışında deyib.

O bunun üçün Türkiyəyə və Türk Şurasına üzv ölkələrə təşəkkür edib.

“44 günlük Vətən Müharibəsində qazandığımız zəfər böyük tarixi və siyasi məzmuna, eyni zamanda yerləşdiyimiz bölgə üçün mühüm əhəmiyyətə malikdir. Tarixi qələbə ölkəmiz və bütövlükdə regionun inkişafı üçün yeni reallıqlar, yeni regional əməkdaşlıq imkanları yaradıb. Hazırda işğal edilmiş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Bölgədə ticarət, tranzit və logistika imkanlarının genişləndirilməsinə töhfəsini verəcək, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin sürətlə həyata keçirilməsini qeyd etmək istəyirəm. İnanıram ki, bu layihə ölkələrimiz arasında qarşılıqlı ticarətə, sərmayə axınına müsbət təsir göstərəcək”, - M.Cabbarov bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR