Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Şuşada "Qorqud Ata" Türk Dünyası Film Festivalı keçiriləcək - VİDEO

Şuşada "Qorqud Ata" Türk Dünyası Film Festivalı keçiriləcək - VİDEO

Tarix: 13-11-2021, 12:38


Şuşada "Qorqud Ata" Türk Dünyası Film Festivalı keçiriləcək.

Bu barədə məlumatı Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov verib.
 
Nazir festival barədə Türkiyədə keçirilən "Qorqud Ata" Türk Dünyası Film Festivalının bağlanış və mükafatlandırma mərasimi zamanı bildirib:

"Bu festivalın çox böyük önəmi var. Festival ortaq tariximizi, adət-ənənələrimizi, mədəniyyətimizi, dəyərlərimizi tək türk dünyasında deyil, eyni zamanda beynəlxalq səviyyədə tanıdılmasına böyük vasitə olacaq. Bu səbəbdən də belə təşəbbüsün həyata keçirilməsinə görə, hamınıza təşəkkürümü bildirirəm. Festivala uğurlar arzu edirəm. Hər birinizi 2023-ci ildə Şuşada - Qarabağımızda gözləyirik. Yaşasın türk dünyası, yaşasın birliyimiz".

Qeyd edək ki, festival çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Macarıstan, Saxa Respublikası, Tatarıstan, Qaqauziya, İran, Ukrayna və digər ölkələrdən olan kinorejissorların filmləri təqdim olunub. Festivalın ilk günü Atlas 1948 Cinema, Emek Cinema, Tarık Zafer Tunaya Mədəniyyət Mərkəzi və İstanbul Universiteti Ünsiyyət Fakültəsi kinoteatrlarında film nümayişləri ilə başlayıb. Bu gün isə Atatürk Mədəniyyət Mərkəzində keçirilən möhtəşəm mükafatlandırma mərasimi ilə yekunlaşıb.

[media=https://youtu.be/zWA-eFxHwRg]




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR