Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

İlham Əliyev uşaqları təbrik etdi

İlham Əliyev uşaqları təbrik etdi

Tarix: 18-11-2021, 12:05


Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Məktubda deyilir:

"Hörmətli Forum iştirakçıları!

Əziz uşaqlar!

Sizi – Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, Ümumdünya Uşaqlar Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir. Ötən Forumunuzda səsləndirilmiş bir çox məsələlər uşaqlarımızın hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin olunmasına yönələn “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dolğun əksini tapmışdır.

Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz.

Vətən Müharibəsində qazanılan zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı.

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması eyni zamanda sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Əziz övladlar!

Bütün Azərbaycan uşaqlarını təmsil etməklə bu Forumda iştirakınız sizə göstərilən böyük etimadın təzahürüdür. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin gerçəkləşdirilməsində yeni mərhələnin başlanğıcı olacaqdır".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR