Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

İran nüvə silahı hissələrinin istehsalına başlayıb?

İran nüvə silahı hissələrinin istehsalına başlayıb?

Tarix: 18-11-2021, 19:05


İran Kərəc şəhərində yerləşən zavodda uranın zənginləşdirilməsi üçün sentrifuqa avadanlıqlarının istehsalını tam bərpa edib.

Mediabiz.az"Wall Street Journal"ına istinadən xəbər verir ki, qərbli diplomatlar nüvə sentrifuqaları üçün avadanlığın istehsalı İranla nüvə sazişinə dair danışıqları bərpa etmək istəyən ABŞ prezidenti Co Bayden administrasiyası üçün problemli məsələyə çevrilib.

Diplomatlar həmçinin qeyd ediblər ki, Tehranın qərbində yerləşən Kərəc şəhərindəki obyektdə istehsalın bərpası İranın nüvə silahına sahib olacağına dair narahatlıq yaradır.

Qeyd edək ki, sentrifuqalar zənginləşdirilmiş uranın daha yüksək saflıq səviyyəsinə çıxarılması məqsədilə mülki məqsədlər üçün və ya nüvə silahı üçün istifadə olunur.

Xatırladaq ki, Kərəc zavodunda işlər iyun ayında  - müəssisəyə düzənlənən hücumdan sonra dayandırılıb.

İran hücumda İsraili günahlandırsa da, İsrail tərəfi bu iddiaları rədd edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR