Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Ordudan tərxis edilən hərbçiləri 6 illik həbs cəzası gözləyir – "Lazımi sübutlar olacaqsa..."

Ordudan tərxis edilən hərbçiləri 6 illik həbs cəzası gözləyir – "Lazımi sübutlar olacaqsa..."

Tarix: 20-11-2021, 15:17


Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozan hərbi qulluqçular ordu sıralarından tərxis edilib.

Döyüş əməliyyatları ilə bağlı sosial şəbəkələrdə foto və video materiallar paylaşan həmin hərbi qulluqçularun törətdikləri əmələ hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Maraqlıdır, məxfilik rejimini pozan həmin hərbçiləri hansı cəza gözləyir?

Mövzu ilə bağlı Sfera.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev ordudan tərxis olunan hərbçiləri 6 ilədək həbs cəzasının gözlədiyini bildirib:

"Əgər söhbət dövlət sirrinin yayılmasından gedirsə, heç şübhəsiz ki, bu müvafiq hüquqi məsuliyyət yaradacaq. Çünki dövlət sirri dövlətin hərbi, siyasi, xarici, iqtisadi kəşfiyyat-əməliyyat axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. Şəxs tərəfindən ona etibar edilmiş, yaxud xidməti vəzifəsinə görə ona məlum ola dövlət sirri təşkil edən məlumatların yayılması dövlətə xəyanət əlamətləri olmadıqda həmin şəxslər üçün cinayət məsuliyyyəti nəzərdə tutulur.

Bu şəxslər 3 ilədək müəyyən vəzifə tutub, fəaliyyətlə məşğul olmaqdan məhrum edilərək, 3 ildən 6 ilədək azadlıqdan məhrum oluna bilərlər. Əgər eyni əməlllər ağır nəticələrə gətirib çıxarırsa, 3 ilədək müəyyən vəzifə tutmağa məhdudiyyət qoyulmaqla bərabər, 4 ildən 8 ilədək azadlıqdan məhrum edilmə tətbiq oluna bilər. Hüquq-mühafizə orqanları Müdafiə Nazirliyi tərəfindən göndərilən sənədə hüquqi qiymət verəcəklər və onlara qarşı cinayət iş başlanacaq. Qarşıdakı zaman ərzində lazımi subutlar olsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.

Xüsusilə son dövrlərdə döyüş bölgələrindən sosial şəbəkələrdə hərbi qulluqçular tərəfindən paylaşımların edilməsi həm ordu, həm də müdafiə qabiliyyəti üçün təhlükə yarada bilər. Bu, idarəetmə prosesində də müəyyən problemlərin olduğunu göstərir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR