Son Xəbər: Bakının mərkəzində obyektdə yanğın - Fotolar, Putin Əliyevi təbrik etdi, İlham Əliyev Fərman imzaladı, Gələn ildən Rusiyaya səfərlə bağlı yeni qaydalar qüvvəyə minəcək, İraq Prezidenti Azərbaycan səfirini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib, İran Azad Universitetinin bir fakültəsində təhsil haqqı 300 faiz artıb, Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib, İlham Əliyev bu idmançıları təltif etdi - SİYAHI, Tibb müəssisələrində yoxlama: 131 nəfər məsuliyyətə cəlb olunub, QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir,

Deputat pensiya yaşının azaldılmasına qarşı çıxdı: "Maddi rifahda yaxşılaşma var"

Deputat pensiya yaşının azaldılmasına qarşı çıxdı: "Maddi rifahda yaxşılaşma var"

Tarix: 20-11-2021, 22:27


Azərbaycanda pensiya yaşının azaldılması təklif edilib. Bu təklifi deputat Əli Məsimli parlamentin bir neçə gün öncə keçirilən iclasında səsləndirib.

 Ə.Məsimli bildirib ki, Azərbaycanda da pensiya yaşının azaldılması vacibdir:

"Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır”, - deyə Ə.Məsimli bildirib.

Qeyd edək ki, 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq. Sosial şəbəkələrdə daima pensiya yaşının azaldılması müzakirə mövzusu olaraq qalır.

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı bildirib ki, parlamentdə çox təklif irəli sürülür, bu, o demək deyil ki, qəbul olunacaq:

"Beynəlxalq təcrübə, Beynəlxalq Əmək Təşkilatlarının sənədləri, konvensiyalar, dünya ölkələrinin bu barədə müsbət təcrübəsi var. Bunlar araşdırıldıqdan sonra məsələ gündəmə gəlir. Əlbəttə, insan hər bir gözəl nəyinsə olmasını istəyər. Hər kəs istəyər ki, pensiyalar, müavinatlar, təqəüdlər yüksək olsun, insanların rifahı yaxşılaşsın. Bu, şəraitə bağlıdır. Yaponiyada insanlar əksinə davranır, ictimaiyyət tələb edir ki, pensiya yaşı qaldırılsın. Orada uzunömürlülük olduğu üçün insanlar işləmək istəyir. Bir sıra ölkələrin vətəndaşları var ki, istəmirlər pensiyaya çıxsınlar, yaş həddinin qaldırılmasını istəyirlər. Məsələyə birtərəfli yanaşmaq olmaz. Pensiya yaşının azaldılması ilə bağlı təklifin səsləndirilməsi o demək deyil ki, qəbul olunmalıdır. Faydalı təkliflər parlamentdə araşdırılır, təhlil olunur, sonra imkanlara uyğun gəlirsə, məsələyə baxılır. Hər bir dəyişikliyin arxasında maliyyə tutumu var".

Deputat bildirib ki, pensiya yaşının 65 yaşdan aşağı endirilməsinin tərəfdarı deyil:

"Bu gün cəmiyyətdə insanlarımız 65 yaşında həkim, müəllim işləyir. Onlar pensiyaya çıxmaq istəmirlər. Əksinə, bir az vaxtın uzanmasını istəyirlər. Mənim hazırda 63 yaşım var. İnsan həyatının ən məhsuldar çağında evdə oturub, pensiya alır. İşləyən insanla pensiya alıb, evdə oturan insan bir olmur axı. 

Azərbaycanda orta ömür həddi uzanıb. Bu, o deməkdir ki, sosial, maddi rifahda da yaxşılaşma var".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR