Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Mustafa Şentop: “Parlamentlərimiz arasında səfərlərin artırılması olduqca mühümdür”

Mustafa Şentop: “Parlamentlərimiz arasında səfərlərin artırılması olduqca mühümdür”

Tarix: 27-11-2021, 21:12


Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

TBMM-in sədrini və Türkiyə nümayəndə heyətinin üzvlərini səmimi salamlayan Milli Məclisin sədri bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan-Türkiyə münasibətlərinin dünya siyasi sistemində alternativi yoxdur. Bu münasibətlərin kökü xalqlarımız arasındakı qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir.

Sahibə Qafarova deyib ki, dünya Azərbaycanın 44 günlük Vətən müharibəsində bir daha bu qardaşlığın şahidi oldu. Dövlət başçılarımızın şəxsi dostluq münasibətləri ölkələrimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.

Sahibə Qafarova diqqətə çatdırıb ki, xalqlarımız arasındakı bu yaxınlıq iki ölkənin parlamentlərinin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığında da özünü göstərir. Parlamentlərimizdə qarşılıqlı dostluq qrupları öz aktivlikləri ilə seçilirlər.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib ki, Türkiyə və Azərbaycan əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, tək millətdir. Mustafa Şentop diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonrakı dövrdə də dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq.

Spiker qeyd edib ki, parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin sayının artırılması olduqca mühümdür. Qarşılıqlı təmasların intensivləşməsi münasibətlərin daha da dərinləşdirilməsi üçün vacib töhfədir.

TBMM-in sədri deputatlarımızın beynəlxalq təşkilatlarda sıx əməkdaşlığından məmnunluğunu bildirib, gələcəkdə bu əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR