Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Fuad Muradov Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşdü

Fuad Muradov Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşdü

Tarix: 29-11-2021, 15:03

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 8 Noyabr - Zəfər Günü münasibətilə ABŞ-ın  Florida ştatında Azərbaycan icmasının nümayəndələri  ilə keçirilən tədbirdə 30 ildən artıqdır ABŞ-da yaşayan həmyerlimiz Nobert Yevdayevlə  də görüşüb.

Komitə sədri bir sıra elmi işlərin müəllifi olan şair, yazıçı, rəssam, jurnalist, ABŞ-dakı Dağ Yəhudiləri icmasının aylıq “Novıy rubej” jurnalının təsisçisi Nobert Yevdayevə dünya azərbaycanlılarının həmrəyliyi sahəsindəki fəaliyyətinə və Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərinə görə təşəkkürünü bildirib, ona “Azərbaycan xalçaları - Qarabağ qrupu” kitabını və milli xalça suveniri hədiyyə edib.

Öz növbəsində Nobert Yevdayev göstərdiyi diqqətə görə təşəkkür edib və Azərbaycanı təmsil etməkdən böyük qürur hissi keçirdiyini deyib. Həmyerlimiz Komitə sədrinə kitab hədiyyə edib və müəllifi olduğu şeirdən bir parça söyləyib.  

Qeyd edək ki, əslən Bakı yəhudisi olan Nobert Yevdayev 1989-cu ildən ABŞ-da yaşayır. O, Azərbaycan mədəniyyətinin Amerikada təbliğ olunması istiqamətində bir sıra tədbirlər təşkil edib. Prezident İlham Əliyevin 13 mart 2006-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif  olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR