Son Xəbər: Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb, Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib, Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ, Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub, Aİ ölkələri meşə yanğınlarına görə yardım istəyir, Sabah 37 dərəcə isti olacaq, Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb, Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir, Şuşada çərkəz musiqiləri ifa edilib,

Hikmət Hacıyev beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə ÇAĞIRDI

Hikmət Hacıyev beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə ÇAĞIRDI

Tarix: 2-12-2021, 14:33


“Mina problemi hələ də qalmaqdadır. Azad olunan ərazilərdə mülki şəxslərlə yanaşı, işçilər, hərbçilər də minaya düşür”.

Bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi mənfur siyasətin növbəti nümunəsidir:

“Eyni zamanda bu mənfur siyasəti başqa vasitələrlə həyata keçirməsidir. Bu ərazilərin kütləvi şəkildə minalanmasında Ermənistanın əsas məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və məcburi köçkünlərimizin qayıdışı prosesinə mane olmaqdır. Həmçinin maksimum dərəcədə Azərbaycanda mülki və hərbi insanlar arasında ölüm hallarına nail olmaqdır. Minanın nə məqsədlə qoyulduğunu hər kəs yaxşı başa düşür. Mina insanların daşıdığı vəzifədən və statusundan asılı olmayaraq öz qurbanlarını gözləyir. Bu, bəzən də illər ərzində orada duraraq öz fəlakətli nəticəsini gözləyən dəhşətli faciədir. Təəssüflər olsun ki, Ermənistan tərəfindən də Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi həyata keçirilib. Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da bu məsələni qaldırıb. Bir daha beynəlxalq ictimaiyyətə müraciət etmək istəyirik ki, bu məsələdə məlumatlandırma artırılmalıdır. Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə də dəstək artırılmalıdır. Xüsusilə BMT və onun strukturları tərəfindən dəstəyin artırılmasına ehtiyac var”.

“Bu gün hər birimizi mina təhlükəsi gözləyir. Vətəndaşlarımızdan çox şey asılıdır. Vətəndaşlarımız işğaldan azad olunmuş ərazilərə gedəndə diqqətli olmalıdır. Hər bir insan minanın potensial qurbanı ola bilər”, – Hikmət Hacıyev deyib./report/




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR