Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Koronavirusa yoluxan işçilərin maaşı niyə kəsilir?

Koronavirusa yoluxan işçilərin maaşı niyə kəsilir?

Tarix: 3-12-2021, 17:30


Bir neçə gündür ki, koronavirusa yoluxub karantində qalan işçilərin əməkhaqlarının ödənilmədiyi barədə sosial şəbəkələrdə problemlər qaldırılır. Bildirilir ki, 14 gün karantin müddətində işləmədiklərinə görə müəssisə tərəfindən işçilərin maaşı kəsilib. İşçilər isə pandemiyanın bütün dünyada davam edən xüsusi hal olduğunu, bunun onlardan asılı olmadıqlarını dilə gətirərək maaşların verilməməsinin ədalətli olmadıqlarını vurğulayırlar.

“Qafqazinfo” bu məqamda qanunvericilikdə bu kimi hallarda işçilərə maaşın ödənilməsi qaydası ilə maraqlanıb. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili saytımıza açıqlamasında bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət həkimin verdiyi  xəstəlik vərəqəsi əsasında həyata keçirilir:

“Vətəndaş koronavirusa görə 14 günlük karantinə götürülübsə, ona həkim-epidemioloq, yaxud müalicə həkimi tərəfindən xəstəlik vərəqəsi verilməlidir. Həmin şəxs əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq üçün xəstəlik vərəqəsini işlədiyi müəssisəyə təqdim etməlidir. Nazirlər Kabinetinin 189 nömrəli qərarına əsasən bu müavinəti xəstənin ilk 14 gününü işlədiyi müəssisə, 14 gündən artıq olan hissəni isə məcburi dövlət sosial sığorta hesabına Dövlət Sosial Müdafiə Fondu ödəyir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR