Son Xəbər: Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək, Səfirlik: İsrail Azərbaycanla münasibətlərin möhkəmlənəcəyinə ümid edir, Bakıda internat məktəbinin yataqxanasında yanğın olub, Tramp blokada qaldırılsa, İranla razılaşmanın mümkün olmayacağını bildirib, Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib,

Azərbaycan 10 erməni hərbçini təhvil verdi

Azərbaycan 10 erməni hərbçini təhvil verdi

Tarix: 4-12-2021, 18:40


Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışlar. Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin etmişdir.

Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.

"Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk", - məlumatda deyilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR