Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

“Bu məhkəmə Cahangir Əsgərovun təsiri altındadır” – İş adamı məhkəməyə etiraz etdi

“Bu məhkəmə Cahangir Əsgərovun təsiri altındadır” – İş adamı məhkəməyə etiraz etdi

Tarix: 6-12-2021, 18:16


Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə cinayət işi materialları üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən bəzi sənədlər elan edilib.

Sənədlərdən məlum olub ki, ittihama əsasən, İlqar İsmayılovun 2013-cü ilin iyun ayında şirkətin kassaxından 280 min manat məxaric edərək  “Şəhər Bağları” MTK-dam aldığı mənizlə görə ödəməsi də təsdiqini tapmır. Belə ki, elan olunan sənəddə İ.İsmayılovun həmin mənzilə 1 milyon manat ödəyərək may ayında mənzilə sahib olmuşdur.

Vəkillər məhkəmədə vəsatət qaldırıb ki, AZAL prezidentinin xanımı Zərifə Həmzəyeva və “İdeal Kompani”də onu təmsil etmiş nümayəndəsi Fuad Əliyev məhkəməyə çağırılıb dindirilsin:

“Çünki ittihamda iddia olunur ki, İsmayılov 2011-ci ildə “İdeal”ın səhmlərinin bir hissəsini Həmzəyevaya satıb, onunla şərik olandan sonra şirkətin gəlirlərini onun xəbəri olmadan, özbaşına götürüb şəxsi ehtiyaclarına xərcləyib. İsmayılov isə deyir ki, yalandır, mənfəət həmişə digər təsisçi olan Həmzəyeva ilə bölüşdürülüb. Pulu da AZAL prezidentinin xanımına şirkətdə nümayəndəsi olan Fuad Əliyev çatdırıb.

Məhkəmədə dindirilən şahid Həbib Qarayev də bildirdi ki, gəlir kimi Zərifə Həmzəyevaya çatası vəsaiti dəfələrlə aparıb Fuad Əliyevə verib. Bu vəsaitlər də 500 min manatdan az olmayıb. Yazışmalardan da görünür ki, şirkətə faktiki rəhbərliyi Zərifə Həmzəyeva edib. Hətta şirkətə süpürgə alınmasından da xəbəri olub. Bütün məsələlər onun ətrafında cərəyan etdiyi halda, nədənsə, istintaq və məhkəmə onu dindirməyib”- vəkillər vəsatəti əsaslandırarkən qeyd ediblər.

Məhkəmə vəsatətləri tənmin etməyib.

Müdafiə tərəfi cinayət işinin materiallarında olan qəbzlərlə bağlı ekspertiza keçirilməsini istəyib:

“İttihamda İlqar İsmayılova mənimsəməsi ittiham olunan 280 min manatlıq qəbz rəngli formada təqdim olunmuşdr. Həmin qəbzə diqqətlə baxdıqda qəbzin rəngli kserosurət olduğu aydın şəkildə görünür. Lakin həmin qəbz əsl olan sənəd kimi istintaqa təqdim edilmiş və mötəbər sənəd kimi qəbul edilmişdir. Məlumdir ki, məhkəməyə sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri təqdim oluna bilər. Ona görə də xahiş edirik ki, həmin sübutun mötəbərliyi baxımından qiymətləndirilməsi üçün məhkəmə texniki ekspertizası təyin edilməsi və sənədin əs, yoxsa kserosurət olduğu aydınlaşdırılsın”.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Vəsatətlərin təmin edilməməsindən sonra müdafiəçilər məhkəməyə təqsirləndirilən şəxs İlqar İsmayılovun yazılı etirazını elan ediblər. O, etirazında məhkəmənin ədalətli qərar çıxaracağına inanmadığını bildirib:

“Mən 2017-ci ildə olduğu kimi, yenə də eyni sifarişlə, eyni ittihamla həbsdəyəm. Gücü məndən qat-qat çox olan Cahangir Əsgərov həbs etdirdi. Qarşımda şərt qoydu və bütün mal-mülkümün əlimdən alınmasına razılıq sənədlərimə imza ataraq, həbsdən buraxıldım. Mənə xəbərdarlıq etdi ki, səsimi kəsim, sakit olum. Mən isə səsimi kəsmədim, yenə də əvvəlki kimi, sehrli çubuğunu qaldırıb, məni həbs etdirdi. Halbuki qanun şəxsin eyni ittihamla iki dəfə məsuliyyətə cəlb olunmasını qadağan edir: Görünür, şəxsin pulu və nüfuzu çox olanda, onun əmri qanundan üstün olur. 8 aydır ki, günahsız həbsdə saxlanılıram, məhkəməboyu təqsirsiz olmağım sübuta yetirilsə də, haqqımda 8 illik cəza hökmünün artıq hazır olması barədə mesaj alıram. Bu məhkəmə Cahangir Əsgərovun təsiri altındadır. Onun əmrinin icra olunacağına zərrə qədər şübhəm yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsində mənim işimə baxan hakimlərin ədalətli hökm çıxaracağına inamım olmadığı üçün, işin bu məhkəmədən alınaraq başqa məhkəmənin icraatına verilməsi üçün etirazımın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edirəm".

Hakim yazılı etirazı qəbul edərək, növbəti prosesi dekabrın 13-ə təyin edib.

Qeyd edək ki, İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı. “İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir. Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.

Lakin məhkəmə İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR