Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Prezidentin qətiyyətli Zəngəzur mesajı: - Ünvanına çatır...

Prezidentin qətiyyətli Zəngəzur mesajı: - Ünvanına çatır...

Tarix: 7-12-2021, 15:04


Azərbaycan, Rusiya və Ermənistanın 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı, 11 yanvar 2021-ci il üçtərəfli razılaşmasının əsas müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır. Amma hələ də Ermənistan buna ciddi cəhdlə mane olmağa səy göstərir.

Prezident İlham Əliyev dünən Qubaya səfəri zamanı sakinlərlə görüşündə bu məsələyə toxunub və bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı bizə vaxt verməlidir:

“"Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi”.

Göründüyü kimi, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyi qətidir. Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq hüquq normalarına cavab verən sənəd var, regiondakı şərtlər buna münbit zəmin yaradır. Ermənistan bu prosesi uzatmağa çalışsa da, görünən odur ki, yaxın zamanlarda Zəngəzur dəhlizi açılacaq.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib ki, Zəngəzur dəhlizinin açılması ermənilər tərəfindən uzanır:

“Bununla bağlı artıq ikinci sənəd imzalanıb. Soçi görüşündə Rusiya Prezidenti Vladimir Putin də bildirdi ki, Zəngəzur dəhlizinin açılması vacibdir. Zəngəzur dəhlizinin açılmasını istəməyən isə Ermənistan və onun himayədarlarıdır. 44 günlük müharibədə Prezident İlham Əliyev bildirirdi ki, Ermənistan torpaqlarımızdan çıxması ilə bağlı bizə vaxt versin, müharibəni dayandıraq. Zəngəzur dəhlizi ilə bağlı da eyni vəziyyətdir. Sözsüz ki, bu zaman 2-3 il olmalı deyil. Zəngəzur dəhlizi yaxın zamanda açılmalıdır. Bu, təkcə bizim deyil, həm də Türkiyə və Rusiyanın marağındadır”.

Ekspertin fikrincə, Ermənistan da ağıllı siyasətçilər xalqa izah etməlidirlər ki, Zəngəzur dəhlizi ilk növbədə onlara lazımdır:

“Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək Ermənistan üçün həyati önəm daşıyır. Bütün regionda gedən layihələrdən bəhrələnmək üçün bu, vacib şərtdir. Millətçi ermənilər başa düşməlidirlər ki, Zəngəzur dəhlizinin açılması prosesini uzatmaqla yalnız özlərinə problem yaradırlar. Ona görə də Prezidentin bu çıxaşı Ermənistan üçün ciddi mesaj olmalıdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR