Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

"İlk olaraq idman növünün kütləviləşdirilməsi üçün çalışacağıq" - Mikayıl Cabbarov

"İlk olaraq idman növünün kütləviləşdirilməsi üçün çalışacağıq" - Mikayıl Cabbarov

Tarix: 8-12-2021, 18:34


Azərbaycan Güləş Federasiyasının yeni prezidenti Mikayıl Cabbarov açıqlama verib.

O, təyinatı barədə və gələcək işlərdən danışıb:

“İlk növbədə federasiyanın üzvlərinə və bu sahədə fəaliyyət göstərən həmkarlara təşəkkür edirəm ki, mənə etimad göstərdilər. Güləş bizim milli idman növümüzdür, canımızda bu növə maraq var. Bu idman növündə uğurlarımız var.

Çempionlarımız bayrağımızı qaldırırlar. Bu uğurlarla fəxr edirik. Hər bir idman növündə qazanılan uğurlar daha da çox ola bilər.

Hesab edirəm ki, mənə göstərilən etimadın doğrulması üçün İcraiyyə Komitəsinin üzvləri, məşqçi heyəti ilə birgə fəaliyyətimizi davam etdirəcəyik.

İlk istiqamət olaraq, idman növünün kütləviləşdirilməsi üçün çalışacağıq. Digər tərəfdən, idman nailiyyətləri yüksəldilməlidir. Bunun üçün ölkəmizdə hər cür şərait var. Üzərimə düşən məsuliyyəti dərk edərək işlər görəcəyik. Azərbaycan güləşinin uğuru üçün əlimizdən gələni edəcəyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR