Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır,

Bu Bakının QIRMIZI XƏTTİDİR! - Başqa yolu YOXDUR!

Bu Bakının QIRMIZI XƏTTİDİR! - Başqa yolu YOXDUR!

Tarix: 10-12-2021, 09:26

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələri təmsil edən ABŞ-ın dövlət katibi Entoni Blinken, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-İv Le Drian Ermənistan və Azərbaycan arasında Minsk Qrupu həmsədrlərinin himayəsi altında birbaşa dialoqun bərpasına dəstək ifadə edirlər.

Bu barədə yayılan informasiyalarda bildirilir ki, üç nazir tərəfləri Prezident Əliyev və baş nazir Paşinyan arasında indiyədək keçirilən görüşlərdə müzakirə olunan humanitar təşəbbüslərin həyata keçirilməsində hiss olunan irəliləyişə nail olmaq və gələcək qarşılıqlı fəaliyyətlər üçün gündəliklə bağlı razılıq əldə etmək məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrlərini ən qısa zamanda regionda qəbul etməyə, onlara vəziyyəti yerlərdə ilk əldən qiymətləndirmək imkanı verməyə çağırırlar. Həmsədr ölkələr həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin davam edən işinə qətiyyətli dəstək ifadə edir və tərəfləri onun səyləri ətrafında əməkdaşlıq etməyə də çağırıblar, məlumatda əlavə olunur. “ATƏT-in Minsk Qrupunun həmsədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin hərtərəfli həllinin axtarışı üçün tərəflərlə işə sadiq olduqlarını təsdiq edirlər” deyə, bəyanatda vurğulanır. Üç həmsədr ölkə nazirinin Minsk Qrupunun dirildilməsinə aşkar çağırış edilən bu bəyanatı Bakını heç bir halda məmnun edə bilməz. Əvvəla, ATƏT MQ həmsədrlərini ən qısa zamanda regionda qəbul etməyə, onlara vəziyyəti yerlərdə ilk əldən qiymətləndirmək imkanı verməyə çağırışı diqqət çəkir. Aydındır ki, Bakı siyasi dəllalıq etmək istəyən Minsk Qrupuna qapını göstərib və bu mövqeyində qalır. İndi isə Bakıdan “ən qısa zamanda” həmsədrləri qəbul etmək istənilir. Üstəlik, bəyanatdakı “vəziyyəti yerlərdə qiymətləndirmə” çağırışı da şübhə doğurur. Bu o anlama gəlir ki, rəsmi Bakıdan ATƏT həmsədrlərinin Xankəndinə getməsinin də sanksiyalaşdırılması istənilir. Daha bir diqqətçəkən məqam isə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini yenidən siyasi bəyanatlara qaytarmaq cəhdidir. Bəyanatda “münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlər” dedikdə nazirlərin nəyi nəzərdə tutduğunu anlamaq çətin deyil. Nəhayət, “ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin” yada salınması da diqqət çəkir. Məlumdur ki, bu işi cəbhədə təmas xətti olarkən missiyası hələ də məlum olmayan Anjey Kasprişik adlı bir tip yerinə yetirirdi. İndi Azərbaycanın içərisində belə bir təmas xətti yoxdur, yalnız sülhməramlılar var. Kasprişikin “dirildilməsi” ilə Qarabağ münaqişəsinin davam etməsi rəyi yaratmaq istənildiyi cəhdi ortadadır. Beləliklə, üç ölkənin xarici işlər nazirinin bəyanatı Bakıya qarşı təzyiq , yenidən “Qarabağda münaqişə”, “təmas xətti” yaratmaq cəhdindən başqa bir şey deyil. Xatırladaq ki, A.Kasprşik bir sıra ekspertlərimizin nəzərində Qarabağa təyin olunmuş canişin funksiyasını yerinə yetirdi və Azərbaycan ərazilərinin işğalı üzərində özünə tamam başqa bir həyat qurmuş oldu. Ermənistanın işğalçı ordusunun qanlı terror aktlarına, uşaqları qətlə yetirməsinə belə məhəl qoymadı bu şəxs. İndi yenidən özünün “yağlı obyekt”inə dönməyə çalışır.

Ermənistanın 8 dekabrda Kəlbəcər istiqamətində atəşkəsi pozması, gecə yarısı isə bir əsgərimizin şəhid olması ortadakı məkrli planlardan xəbər verir. Azərbaycan status-kvonun saxlanmasına cəhd göstərən dairələrə dirsək göstərməkdədir. Belə olan təqdirdə həmin dairələr həmsədrləri yenidən bölgəyə soxmaqdan ötrü əllərindəki “maşa”dan istifadə edərək, ermənilərin təxribatlar törətməsinə stimul verirlər. Əks təqdirdə, Ermənistanın Azərbaycan Ordusu tərəfə baxmağa belə cəsarəti yoxdur, bunu erməni ekspertlər də etiraf edirlər. Elə noyabr ayındakı döyüşlərdə erməni hərbçilərin fərarilik etməsi faktları da ortadadır və bugünlərdə Ermənistanda geniş müzakirə mövzusuna çevrilib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da təsdiqləyir ki, həmsədr ölkələr Minsk Qrupunu canlandırmağa çalışırlar: “İkinci Qarabağ müharibəsindən sonra bu qurum faktiki olaraq fəaliyyətsiz duruma düşüb. Əgər söhbət yenə də Qarabağın ”statusu"ndan gedəcəksə, əlbəttə, biz bu müzakirələrdə iştirak etməyəcəyik və etməməliyik. Bu məsələ bitib. Amma nədə iştiraka razılıq verə bilərik? Əgər Minsk Qrupu Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında yardımçı olarsa, sərhədlərin müəyyənləşməsində hansısa bir təşəbbüslə çıxış edərsə, bəli, buna baxıla bilər. Ancaq Azərbaycana aid məsələlərə artıq heç kim qarışa bilməz. Həm də Azərbaycan Prezidentinin qəti mövqeyi var ki, Dağlıq Qarabağ deyilən bir bölgə yoxdur. Yalnız Qarabağ və Şərqi Zəngəzur var. Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin bu qərarına bütün dövlətlər, o cümlədən ATƏT-in Minsk Qrupu hörmət etməlidir. Hörmət etmirlərsə, bu, onların öz problemləridir. Bölgəyə gəlib-gedə bilərlər. Amma bizə təzyiq edib, “status” məsələsini zorla müzakirəyə çıxara bilməzlər. Biz də öz mövqeyimizi bildirməliyik ki, bu cür müzakirələrdə iştirak etməyəcəyik".

A.Kasprşikin davranışlarına gəldikdə, E.Şahinoğlu hesab edir ki, o da fəaliyyətsiz duruma düşüb: “Əslində Kasprşikə heç bir ehtiyac yoxdur. Çünki onun işini hazırda Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi görür. Kasprşik 30 il burada nə etdi ki, bundan sonra nə etsin? Bu qədər atəşkəs pozulması var. Dünən də bir hərbçimiz Ermənistanın təxribatçı atəşi nəticəsində həlak olub. Əvvəllər də belə hadisələr olurdu, guya Kasprşik bunun qarşısınımı ala bilirdi? Yaxud minalanmış ərazilərlə bağlı Kasprşikin hər hansı fəaliyyəti, bu məsələlərin həllində hər hansı bir rolumu oldu? Yaşlı kişidir, yaxşı da maaş alır. Düşünür ki, elə bu vəzifədən də pensiyaya çıxar, yaxşı da müavinət alar. Amma bu, onun şəxsi məsələsidir. Bu məsələnin Azərbaycanın milli və təhlükəsizlik maraqlarına aidiyyəti yoxdur. Bizim qarşımızda problemlər var və onların həlli ilə məşğul olmalıyıq. Amma Kasprşik kimi diplomatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri sanki bizə mane olmağa çalışırlar”.

BAXCP sədrinin müavini, siyasi analitik Elçin Mirzəbəyli məsələyə daha geniş prizmadan yanaşılmasının tərəfdarıdır: “Minsk Qrupunun həmsədrləri bir yana qalsın, ATƏT-in özü belə ölü təşkilatdır və mövcud olduğu zaman kəsiyində heç bir problemin həllinə nail ola bilməyib. Bunun üçün ”soyuq müharibə" başa çatdıqdan sonra köhnə ad altında qəbul edilən Paris Xartiyasının və yeni ad altında qəbul edilən Helsinki Yekun Aktının prinsiplərinə nəzər salmaq, bu prinsiplərdən heç birinin həyata keçmədiyinə əmin olmaq mümkündür. ATƏT-in ən önəmli sənədlərindən biri Avropada Adi Silahlar Haqqında Cinah Sazişidir və Rusiya hələ 2007-ci ildə bu sənədə “tüpürüb”, 2015-ci ildən shnra hətta məsləhətləşmə qrupundakı fəaliyyətini də dayandırıb. Özü ölü doğulan bir təşkilatın fəaliyyətdə olan xarici işlər nazirinin mandatı ilə yaradılan bir təsisat nəyə yaraya bilər ki?" E.Mirzəbəyli davamında qeyd etdi ki, Minsk Qrupunun həmsədrləri 30 ilə yaxın başımızın altına yastıq qoyaraq, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına, işğalın davam etməsinə hərtərəfli dəstək verdilər: “İşğal başa çatdıqdan sonra isə Minsk Qrupu həmsədrlərinin yenidən qondarma bir proses formalaşdırmaqla nüfuz savaşına çıxmalarına Azərbaycanın heç bir ehtiyacı yoxdur. Fəaliyyətlərini davam etdirmək istəyirlərsə, başqa bir ərazi və platforma tapsınlar. Digər tərəfdən, Minsk Qrupunun 15 bəndlik mandatına bu gün Azərbaycanla Ermənistan arasındakı problemlərin həlli - sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də 10 noyabr 2020-ci il bəyanatından irəli gələn vəzifələrin icrasında vasitəçilik missiyası daxil deyil. Bu baxımdan da, hazırda regionda mövcud olan reallıqlar çərçivəsində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan məsələlərin həlli Minsk Qrupu həmsədrlərinin statusuna daxil deyil”. Politoloq məsələ ilə bağlı qəti və konkret mövqe bildirilməsinin tərəfdarıdır: “Həmsədr ölkələrin xarici işlər nazirlərinin nə deməsindən asılı olmayaraq, Azərbaycan xalqının dərin nifrət bəslədiyi Minsk Qrupu həmsədrlərinin ”dirilməsinə" heç bir halda imkan vermək olmaz. Bu prosesdə ABŞ və Fransanın canatma səbəbləri aydındır, amma Rusiyanın ikiüzlü davranışlarını anlamaq olmur. Rəsmi Moskvanın prosesi alver predtmetinə çevirmək cəhdləri Rusiyaya qarşı inamsızlığın getdikcə daha da dərinləşməsinə zəmin yaradır. Moskva uğursuz həmsədrlik institutunun birdəfəlik sıradan çıxmasına ona görə imkan vermək istəmir ki, həm Qərblə dialoqu davam etdirmək üçün açıq pəncərə saxlasın və ehtiyac duyulduğu halda digər regionlarda maraqlarının uzlaşdırılması üçün piştaxta üzərinə çıxarsın, həm də ehtiyac duyulduğu halda “yaxşı polis” rolunu oynaya bilsin". Anjey Kaspşikə gəldikdə isə E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycanda bir kimsə bu murdar ət parçasını yenidən görmək istəmir.

Əslində siyasi təhlilçilərimizin mövqeyi elə ictimaiyyətin rəyini əks etdirir. Azərbaycan xalqı 20 il ərzində torpaqlarımızda at oynadan erməninin sadiq müdafiəçilərini bir daha bölgəmizdə görmək istəmir. Onlar bizə heç vaxt xeyir gətirməyiblər. Dövlətimizin başçısı 44 günlük müharibədən sonra məhz həmsədrlərin xahişi ilə onları qəbul edərkən diplomatik dillə bildirmişdi ki, Azərbaycanda onları heç kim gözləmir, əgər hansısa ciddi və yeni təklifləri varsa, buyursunlar. O vaxtdan aylar keçib, hər hansı yenilik olmayıb, sadəcə, “biz gəlmək istəyirik”, tipli mızıldanmaları müşahidə etməkdəyik. Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin vasitəçiləri Xankəndinə gətirmək istəyinə gəldikdə, onların öz aralarında hansısa alveri ola bilər, amma Azərbaycan xalqının heysiyyəti ilə oynamaqları yetər!
“Yeni Müsavat”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR