Son Xəbər: Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb, Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib, Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ, Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub, Aİ ölkələri meşə yanğınlarına görə yardım istəyir, Sabah 37 dərəcə isti olacaq, Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb, Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir, Şuşada çərkəz musiqiləri ifa edilib,

“Mən Komitəyə rəhbər olandan bəri rüsum və vergilər artırılmayıb” - Səfər Mehdiyev

“Mən Komitəyə rəhbər olandan bəri rüsum və vergilər artırılmayıb” - Səfər Mehdiyev

Tarix: 10-12-2021, 12:21

“Mənim Komitəyə rəhbər təyin olunduğum 2018-ci ildən bəri ölkəyə mal gətirilməsində rüsum və vergilər artırılmayıb”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Virtualaz.org-a müsahibəsində deyib.

S. Mehdiyev komitənin sərt gömrük yığımı siyasətinin aparılması ilə bağlı iddiaları əsassız hesab edib: “Statistikanı qaldırıb baxın. Bizim təşəbbüsümüzlə malların, fabrikat və yarımfabrikatların gömrük rüsumundan və ƏDV-dən azad olunması ilə bağlı 20-yə yaxın qərar dərc olunub. Siyasətin sərtləşdirilməsi ilə bağlı fikirlərlə razı deyiləm. Söhbət yalnız şəffaflığın, qanunçuluğun, kölgə iqtisadiyyatı və qaçaqmalçılıqla mübarizənin gücləndirilməsindən gedir ki, bu da yığımların sərtləşdirilməsi siyasətini şərtləndirir. Biz azad rəqabət prinsipini  bərqərar etmişik və bütün sahibkarlara yerli bazarlara mal gətirmək üçün bərabər imkanlar yaratmışıq.  Bu siyasətin nəticəsində büdcəyə daxilolmalarda artım təmin olunub. Bu, sərtləşmə deyil. Təkrar edirəm, sərtləşmə vergi və rüsumların artırılmasını nəzərdə tutur.  Əksinə, ölkəyə rəqabətə qabil malların ədalətli və qanuni gətirilməsi təmin olunub. Biz inhisarçılara “Yox” deyirik!  Biz əvvəllər müəyyən məhsulları yalnız özünün gətirəcəyində və birtərəfli qaydada qiymət təyin edəcəyində israrlı olan inhisarçıların arzularını puç etmişik.

Bizi heç kim qaçaqmala himayədarlıqda və inhisarçılığı şirnikləndirməkdə ittiham edə bilməz. Mən sahibkarlara müraciət edirəm, əgər bu cür faktlar varsa, görüşməyə, dinləməyə və dərhal tədbirlər görməyə hazıram.  Bəli, biz sərt siyasət yürüdürük, ancaq bu, sahibkarların maraqlarının müdafiəsi üçündür”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR