Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

“Gələn ildən daha bir yenilik tətbiq olunacaq” - Ruslan Əliyev

“Gələn ildən daha bir yenilik tətbiq olunacaq” - Ruslan Əliyev

Tarix: 10-12-2021, 16:34


“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə görüşü baş tutub.

 “Açıq qapı” aksiyası çərçivəsində keçirilən görüş ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci il dönümü ilə əlaqədar ulu öndərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra mətbuat nümayəndələrini maraqlandıran, onlar tərəfindən ünvanlanan bütün sualları cavablandıran Ruslan Əliyev bir çox məsələlərə aydınlıq gətirib.

Daha bir yeniliyi media nümayəndələrinin nəzərinə çatdıran baş direktor “Azəriqaz” İB-nin 2022-ci ildə daha müasir sayğaclara keçid edəcəyini vurğulayıb. O bildirib ki, bu sayğacların üzərinə sim kart ödəmə qurğuları quraşdırılacaq və abonentlər mobil telefonla balansını artıra biləcək.

“İlkin olaraq pilot layihə kimi tətbiq olunacaq və 10 min sayğac üzərində bu təcrübəni yoxlayacağıq”, - deyə baş direktor bildirib.

Bundan əlavə, Ruslan Əliyev “Azəristiliktəchizat” ASC-nin Birliyə olan borcu ilə bağlı məsələyə də bir daha münasibət bildirərək borcla bağlı bu gün “Azəristiliktəchizat" ASC-yə məktub göndərildiyini qeyd edib.

““Azəristiliktəchizat”a dövlət tərəfindən yardım olunur. Həmin yardımın bir hissəsi 12 milyon manatdır. Hətta dövlət tərəfindən yardımlar olsa da, qurum bizə tam ödəniş edə bilməz. Ona görə də biz dekabr ayının 15-dən borclu qazanxanalar üzrə qazın dayandırmasını həyata keçirəcəyik”, - deyə baş direktor əlavə edib.

Ruslan Əliyev, həmçinin Azəriqaz” İstehsalat Birliyinin öz iqtisadi göstəriclərinin olduğunu, bu ilin 11 ay ərzində “Azəriqaz” İB-nin “Azərkontrak” ASC-dən aldığı qazın 100 faiz dəyərini - ümumilikdə 575 milyon 350 min manatını ödədiyini, həmin məbləğin içərisində “Azəristiliktəchizat" ASC-yə verilən qazın dəyərinin də olduğunu mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

Görüş zamanı Ruslan Əliyev KİV nümayəndələri ilə bərabər vətəndaşların sosial şəbəkələr üzərindən ünvanladıqları sualları da cavablandırıb. Sonda baş direktor bir daha bütün mətbuat nümayəndələrini hər həftənin cümə günü baş tutan “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR