Son Xəbər: Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb, ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib, Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib, Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb, TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb, Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb, İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB, Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib,

Türk Ağsaqqalları Birliyi Türkiyədə Heydər Əliyevə həsr olunmuş konfranslar keçirir

Türk Ağsaqqalları Birliyi Türkiyədə Heydər Əliyevə həsr olunmuş konfranslar keçirir

Tarix: 10-12-2021, 20:11


Dekabrın 9-da Türk Ağsaqqalları Birliyinin (TAİB) əsas təşkilatçılığı, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun, Aralıq Bələdiyyəsinin, İğdır Azərbaycan Evi Dərnəyinin, İğdır Azərbaycan Dili, Tarixi və Kültür Birliğini Yaşatma və Dəstəkləmə Dərnəyinin dəstəyi ilə "Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda geniş konfrans keçirilib.

Bakupost.az xəbər verir ki, İğdır ictimaiyyətinin böyük maraqla qarşıladığı tədbirdə çıxış edən İğdır Azərbaycan Evinin rəhbəri Sərdar Ünsal, Aralıq Bələdiyyəsinin başqanı Mustafa Güzelkaya, TAİB-in Təşkilat Komitəsinin sədri Sudeif İmamverdiyev, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvləri, millət vəkilləri Hikmət Babaoğlu, Elşad Mirbəşiroğlu, Təşkilat Komitəsinin üzvləri Sabir Tağıyev, Şöhlət Afşar Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında, diplomatik, iqtisadi, siyasi əlaqələrin möhkəmlənməsində oynadığı roldan danışıblar.

Qeyd olunub ki, Heydər Əliyevin yaratdığı irs Türkiyə-Azərbaycan münasibətlərinə əbədi olaraq işıq salacaq. Çıxışçılar xüsusilə vurğulayıblar ki, Türkiyə-Azərbaycan münasibətlərinin bugünki səviyyəsi Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq, yeni inkişaf mərhələsinə qədəm qoyub. Bildirilib ki, hazırda iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsində prezident İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq əlaqələri, bir-birinə inamı xüsusi rol oynayır.

Tədbirdə iştirak edən Türkiyə ictimaiyyətinin nümayəndələri, Aralıq Bələdiyyəsinin təmsilçiləri Mustafa Kamal Atatürkün dediyi kimi Azərbaycanın sevinci sevincləri, kədəri kədərləri kimi qəbul etdiklərini deyiblər. Digər çıxışçılar Azərbaycanın Vətən Müharibəsindəki qələbəsindən böyük qürur hissi keçirdiklərini qeyd ediblər.

Tədbirin sonunda Türk Ağsaqqalları Birliyi adından konfransın işinin təşkilində fəal iştirak edən və Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verən şəxslərə Təşəkkürnamələr təqdim olunub. Eyni zamanda Aralıq Bələdiyyəsi adından Türk Ağsaqqalları Birliyinin təmsilçilərinə müxtəlif mükafatlar verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR